Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, polis şöbəsinin əməkdaşlarının, mobil qrupların üzvlərinin iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasının Tərtər rayonu ərazisində yayılmasının qarşısının alınması və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə reyd keçirib. Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, mərkəzi bazar ərazisini, ictimaiiaşə obyektləri və ictimai nəqliyyat va sitələrini əhatə edib.
    Rayon rəhbəri əhali ilə söhbət zamanı Prezident İlham Əliyevin şəxsi nəzarəti altında koronavirus pande-miyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz qabaqlayıcı tədbirlərdən danışıb. Vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunmasına, onları gigiyenik qaydalara riayət etməyə, qoruyucu vasitələrdən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla sosial məsafə gözləməyə çağırıb.
    Vətəndaşların diqqətinə çatdırılıb ki, karantin rejiminə aid məhdudiyyətlərin bir qismi mərhələli şəkildə yumşaldıldıqdan sonra COVID-19 infeksiyasına yoluxanların sayı kəskin artıb.
    Reyd zamanı həmçinin aidiyyatı qurumların, ictimaiiaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.
    Söhbət zamanı sakinlər dövlət tərəfindən karantin qaydalarına düzgün riayət etməyənlər barədə ciddi inzibati tədbirlər görülməsinə müsbət yanaşdıqlarını, görülən tədbirlərin məhz in-sanlarımızın sağlamlığına xidmət etdiyini bildirib, göstərilən diqqət və qayğıya görə respublika Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

    Müəllif: Redaktor, 12:19

İsmarıclar bağlıdır.