Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Okt

    Изображение 141Məhərrəmlik ayı ilə əlaqədar Tərtər “Cümə” məscidinin axundu Hacı Sadiq Cəfərovla ğörüşüb müsahibə aldım.
    –Yaxşı bilirik ki, dini abidələrimizin qorunması və yenidən qurulması ilə əlaqədar ölkə rəhbəri tərəfindən bir sıra göstərişlər verilmişdir. Bizim “Cümə” məscidində bununla əlaqədar görülmüş işlər barədə nə deyə bilərsiniz?


    –Tərtərlilərə məlumdur ki, məscidin tikilməsinin uzun bir tarixi var. Bu illər ərzində məsçidin təmiri aparılsa da, müasir tələblərə cavab vermirdi. Bu il ölkə Prezidenti İlham Əliyevin yaxından qayğısı və tapşırığı ilə, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ayrılmış maddi vəsait və rayon rəhbərliyinin köməkliyi ilə məsciddə yeni üslubda, müasir tələblərə cavab verən təmir işləri aparıldı. Kişi və qadınların ayrı-ayrı ibadət və dəstəmaz otaqları, bu otaqların istiliyi və işıqlandırılması təmin olundu. Gördüyünüz kimi təmir işləri hələ də davam edir. Məscidin bərpası məni narahat edən məsələ idi. Çox şükür ki, bu gün bu məsələ həm tərtərlilərin, hə də bizim ürəyimizcə həll olundu. Bunun üçün ölkə Prezidenti İlham Əliyevə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədova minnətdarlığımı bildirirəm.
    –Məlumdur ki, məhərrəmlik ayı müsəlman tarixində xüsusi əhəmiyyət kəsb edir. Deyə bilərsinizmi müsəlmanlar üçün məhərrəmlik nə deməkdir?Изображение 2071–Bildirmək istəyirəm ki, müsəlman tarixi məhərrəmlik ayı ilə başlayır. Bununla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası fətva verir. Bu ilki Məhərrəm ayı hicri qəməri tarixi ilə 1437-ci ilin başlanğıcı –miladi tarixi ilə 2015-ci il oktyabr ayının 15-nə təsadüf etmişdir. Qafqaz Müsəlmanları İdarəsi hicri-qəməri tarixi ilə yeni ilin başlanmasına görə və namaz vaxtları haqqında bölgələr üzrə cədvəl çap etdirib məscidlərə paylatmışdır. Məhərrəm ayı hicri-qəməri tarixinin ayları içərisində müqəddəs aylardan biridir. Həm də bu ay Həzrəti Peyğəmbərin bu-yurduğu kimi müharibələrin qadağan olunduğu bir aydır. Aşura günü isə sevimli Peyğəmbərimizin nəvəsi İmam Hüseyn Əleyhisalamın və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi qəbul olunmuşdur. Bu ay müsəlman ümmətinin tarixinə kədərli, eyni zamanda insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuşdur. İmam Hüseyn Əleyhisalamın həyat və mübarizəsinin yad edilməsi, Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması böyük əhəmiyyətə ma-likdir. Dinin saflığı uğrunda mübarizənin yad edilməsi insanlara bədbinlik əhval-ruhiyyəsi təlqin etməməlidir. Məhərrəmlik ayı insanlarda vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
    –Məhərrəmlik ayı ilə bağlı “Cümə” məcidində hansı işlər görülür?
    –Öncə təziyələr təşkil olunur, Kərbəla şəhidlərinin, Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsinə xütbələr və dualar oxunur, kimsəsizlərə yardım edilir. Bu zaman şəriətimizə uyğun olmayan, qınağa səbəb olan hərəkətlərin yol verilməməsinə çalışırıq. Qurşağadək soyunub zəncir, sinə vurmaq, əzadarların özlərinə xəsarət yetirmələri şəriətimizə uyğun olmayan əməllərdir. Bunun əvəzinə qan verilməsi aksiyasından istifadə edirik və bunu örnək kimi xalqa çatdırırıq.
    –Bir axund kimi sözünüz və tövsiyəniz?
    –Ümidvaram ki, bu müqəddəs ay İmam Hüseyn Əleyhi-salamın şəninə layiq şəkildə başa çatacaqdır. Məhərrəmlik ayı münasibəti ilə hər bir müsəlman əhlinə səbr və məğfirət diləyirəm. Düşü-nürəm ki, dindar olan hər kəs Kərbəla hadisələri ilə bağlı həqiqətləri, İmam Hüseyn əzadarlığının və Kərbəla şəhidliyinin mahiyyətini xalqa doğru-düzgün çatdıracaq , milli–mənəvi, dini dəyərlərə, multikulturalizm ideyalarına qayğının davamlı olması üçün dualarını əsirgəməyəcəkdir.
    –Müsahibəyə görə təşəkkürümüzü bildiririk.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 13:20

    Teqlər:

İsmarıclar bağlıdır.