Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    Elə insanlar var ki, onlar öz əməlləri ilə tarixin bir səhifəsinə çevrilir, yaddaşlara həkk olunurlar, yaşadıqları zamandan sonra da xatırlanırlar. Belə insanlardan birinin sorağı ilə onun yaxınlarının görüşünə yollandım. Bir zamanlar göz həkimi Rübabə adlı qadının səsi-sorağı nəinki rayonumuzda hətta ətraf rayonlara da yayılmış, adı sakinlərin dilindən düşməmişdir. Ağrı-acı içində onun yanına üz tutanların sayı gündən-günə artırdı.

    Göz həkimi Rübabə Vəiyeva kimiydi? Bu barədə onun ata evində yaşayan bacısının gəlini Rəmziyyə və nəvəsi Elşadla söhbət et-dik. Mən həmin günədək Rəmziyyə xanımı Rübabə həkimin gəlini kimi tanımışdım. Rəmziyyə xanım düşdüyü ocağın böyükləri haqqında fəxrlə danışdı və dedi ki, mən qürur duyuram belə insanların gəlini olmuşam, bu ailə əsl ziyalı ailəsi idi. Mənim qaynanam Ağca da, onun bacısı Rübabə həkim də uzun illər Tərtər mərkəzi xəstəxanasında çalışıblar. Qaynanam tibb bacısı, Rübabə göz həkimi idi. Qaynanamın həyat yoldaşı çox tez dünyasını dəyişmişdi. Onun bir övladı olmuşdu, o da mənim həyat yoldaşım Ələddin idi. Amma Rübabə həkim ailə qurmamışdı. Ba-cısı oğlunu öz övladı kimi çox istəyib, qayğısını çəkirdi.
    Rəmziyyə xanımdan Rübabə həkim haqqında ətraflı məlumat verməsini xahiş etdim. Oğlu Elşad saralmış və qat kəsmiş dəftər vərəqini göstərərək dedi:
    –Rübabə həkim haqqında daha dəqiq məlumat burdadır, öz əli ilə yazdığı tərcümeyi-haldır. Gördüyünüz bu sənədlərin arasında isə Rübabə həkimin özü-nün və ata-anasının pasportları var.
    Saralmış sənədləri nəzərdən keçirirəm, hər biri bir tarixi sənəd, tarixi yaddaşdır. Tərcümeyi-halı oxuyuram.
    Hələ inqilabi dəyişikliklərin tüğyan etdiyi bir zamanda sayılıb-seçilən, xalq arasında xətir-hörməti olan ailələrdən biri də, Məşədi Fərhad adı ilə tanınan Vəliyev Fərhad Hümbətalı oğlunun ailəsi və övladları böyük nüfuza sahib idilər. Onun evində 4 qız, 2 oğlan böyüyürdü. Hələ o zamanlar tək-tək savadlı insanların olduğu bir vaxt idi. Lakin Məşədi Fərhad övladla-rını oxutmaq, onları təhsilli görmək üçün çalışardı. O zamanlar Mirbəşir rayonunda inqilabi komitə səd-ri, kooperativlər ittifaqının sədri, anbar müdiri işləməsinə baxmayaraq, xırda alverlə məşğul olardı.
    Bu ailədə Rübabə üçüncü övladıydı. O, 1914-cü il-də Tərtərdə doğulmuşdu. İbtidai təhsilini 1 nömrəli məktəbdə almışdır. 5-ci sinifdən sonra–1928-ci ildə kəndli-gənclər məktəbində təhsilini davam etdirmiş, 1930-cu ildə həmin məktəbi bitirərək Azərbaycan Tibb İnstitutunun bir illik hazırlıq kursuna daxil ol-muşdur. Gənc Rübabə hələ kursda oxuduğu vaxt təhsi-lini davam etdirməyi qərara alır. Elə də edir. 1932-ci il-də Azərbaycan Tibb İnsti-tutuna daxil olub, 1937-ci ildə İnstitutu müvəffəqiyyətlə bitirir. Onu keçmiş Dəstəfur indiki Daşkəsən rayonuna həkim göndərirlər. 1939-cu ilin fevral ayına kimi orada terapevt iş-ləyir. Həmin ilin fevral ayından Tərtərdə göz həkimi kimi fəaliyyətə başlayır.
    İllər ötdükcə göz həkimi Rübabənin sorağı eldən-elə yayılır. Müxtəlif göz xəstəliklərindən əziyyət çəkən hər kəs ona müraciət edərək dərdinə əlac tapırdı. Həkimin .şəfalı əlləri xəstələrin gözlərinə işıq bəxş etdikcə daxilən qürur hissi keçirirdi. Elə bir gün olmazdı ki, onun sorağı ilə ətraf rayonlardan gələn olmasın. Rübabə həkim xəstələrin ümid yerinə çevrilmişdi. O, beləcə 30 ildən artıq insanların sağlamlığı keşiyində dayandı. Rübabə həkim təkcə xəstələrin xətir-hörmətini deyil, həm də dövlətin, partiya və hökumətin etimadını qazanmış-dı. Onun əməyi “Fədakar əməyə görə” və “Əməkdə fərqlənmə” medalları, çoxlu sayda hədiyyələrlə qiy-mətləndirilmişdir.
    Rəmziyyə xanım göz hə-kimi haqqında söylədiyi epizodlar içərisində birini xüsusi qeyd edərək dedi:
    –Bir gün Rübabə həkimi təcili yardıma çağırırlar. O, tələsərək əyləşəndə başı maşına dəyir və zədələnir. Ağrısına əhəmiyyət vermədən ağır xəstənin yanına özünü çatdırır, ona yardımını edir. Həmin xəstə sağalır və həyatda yaşayır. Lakin həkimin aldığı zədə onun kabusuna çevrilir. Xeyli vaxt əziyyət çəkir, çox müalicələr alır, nəticəsi isə olmur. 1969-cu ildə be-yin şişindən dünyasını dəyişdi. Xəstə vaxtlarında da ona müraciət edənləri düşünür, xəstəliklərinə əlac edirdi. Çox heyif ki, Rübabə həkim həm tez dünyasını də-yişdi, həm də onun həyat yoldaşı olmadı, kaş ki, bir övladı qalaydı.
    Göz həkimi Rübabə haqqında təkcə onun yaşadığı ailədə çoxlu xatirələr, fotoşəkillər deyil, həm də onun haqqında yazılmış qəzet məqalələri də var. Həmin məqalələrdən biri 1965-ci il 24 mart tarixli 36 nömrəli “Kommunizm yo-lu” qəzetində həmyerlimiz, təcrübəli jurnalist Qədir Allahverdiyevin “Göz həkimi” yazısıdır. Müəllif Rübabə həkimin peşəsinə ürəkdən bağlılığını və on-dan xüsusi zövq aldığını yazırdı.
    İllər ötüb, yaddaşlarda sağlamlığın keşiyində da-yanan çox həkimlər qalıb, onlar böyük hörmətlə xatırlanır, elə göz həkimi Rübabə Vəliyeva da. İllər ötdükcə, Tərtərin tarixi vərəqləndikcə, Rübabə həkimin həyatı anılacaq, əməlləri xartırlanacaq.
                                                                                                         Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:13

İsmarıclar bağlıdır.