Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

                                                                 BİR OCAĞIN İSTİSİ

    Başı bəlalar çəkən doğma Tərtərim! Nə yaxşı ki qoynunda həmişə mərd insanların olub. Onlar adlarını tarixə yazıb. Hər dövrünün yaddaşlara həkk olunmuş oğlu, qızı olub, doğma Tərtərim. Onlar sənin övladlarındır, səndən bəhrələnib, sənə güvənib qol-qanad açıblar. Məhs tərtərli adı ilə qü-rurlanıblar, sənin tarixində iz qoyaraq, adı-nı yaşadıblar. Bu dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq, mənim doğma rayonum!
    Hər dəfə belə övladlarının həyatından bəhs edib, nəsə yazanda mən də qürur du-yuram. Nə yaxşı ki, sənin övladın olaraq qoynunda böyüyüb boy atmışam mənim doğma, mərd Tərtərim!
    Bu gün də sənin tarixində izi qalan insanlardan söz açacağam. Bunun üçün bir ailənin qonağı olub, saçını illərin sınağında ağartmış, gözlərinin nurunu şagirdlərinə vermiş, ömrünü zərrə-zərrə doğma rayonunun övladlarının savadlanmasına həsr etmiş bir qadın, qayğıkeş ana, nəvələrinin nağıl dünyası, yetirmələrinin dilində unu-dulmayaraq hər an xatırlanan Validə müəllimlə söhbət edirəm.
    Məqsədim təkcə onun özündən yazmaq deyil. Bu, mülayim sifətli insanın xatirələrində həm dünəni, həm bu günü, həm də sabahı
    çözələmək fikrindəyəm. Mərhum həyat yoldaşı, rayonumuzun tanınmış ziyalılarından olan Oqtay Səfərov haqqında da məlumat almaq fikrindəyəm.

    Odur ki, hal-əhval tutduqdan sonra Oqtay müəllim barəsində söhbət etdik. Oqtay müəllimlə maraqlandığımız və onu yada saldığımız üçün əvvəlcədən minnətdarlığını bildirdi. Sonra isə dedi:
    –Oqtay Səfərov sadə bir kəndli ailəsində anadan olmuşdu. O, savadlı, təhsilli, mütaliəli bir insan kimi yetişmişdi. Harada iş-ləməsindən asılı olmayaraq, vəzifəsinə qarşı məsuliyyətliydi. Çox vaxt məsul vəzi-fələrdə çalışıb.
    Validə müəllimə yaşıyla əlaqədar yadda-şında bir az zəiflik olduğundan gileylə-nərək dedi ki, keçmiş xatirələrin dəqiqliyini oğlanlarım Babək və Hafiz bilir. Onlarla söhbət etsən, daha yaxşı olar, illəri olduğu kimi deyə bilərlər.
    Validə müəllimlə xeyli söhbət etsək də, onun dediyi kimi, Hafizi gözləməli oldum. Amma ertəsi gün görüşə bildik. O, atasına aid olan bütün sənədləri–diplom, əmək kitabçası, tərcümeyi-hal, ailəyə aid olan bir neçə foto şəkili də özü ilə birgə redaksi-yaya gətirmişdi. Mənim verəcəyim bütün sualların cavabları Oqtay müəllimin öz əli ilə yazdığı tərcümeyi-halda ətraflı qeyd olunmuşdu. Həmin tərcümeyi-halı olduğu kimi təqdim edirəm:
    “60 ilin tərcümeyi-halı”
    “– Səfərov Oqtay Yusif oğlu–Mən 1934-cü ilin 5 mayında Azərbaycan SSR Mir-bəşir rayonunun Mamırlı kəndində kəndli ailəsində anadan olmuşam. 1941-ci ildən Mamırlı kənd 7 illik məktəbində oxuyaraq 1948-ci ildə həmin məktəbi bitirmişəm. Həmin il Ağdam pedaqoji məktəbinə daxil olaraq 1952-ci ildə oranı bitirib ibtidai məktəb müəllimi ixtisası almışam. 1956-1962-ci illərdə Azərbaycan Dövlət Uni-versitetində qiyabi təhsil alaraq oranı bitirmişəm və bioloq-botanik ixtisası almışam. 1967-1969-cu illərdə Sov. İKP MK yanında Bakı Ali Partiya məktəbinin müdavimi olmuş və oranı müvəffəqiyyətlə bitirmişəm. Orta ixtisas məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə Hüsənli kəndində (Mirbəşir rayonu) müəllim kimi fəaliyyətə başlamışam. Hüsənli kənd 7-illik məktə-bində bir il (VIII-1952–VIII-1953) müəllim işlədikdən sonra həmin rayonun Mamırlı 7 illik məktəbində 5 il müəllimlik et-mişəm. Avqust 1958-ci ildə mən Mirbəşir Rayon Komsomol komitəsinin ikinci, son-ra isə birinci katibi seçilmişəm. Mirbəşir rayonu Bərdə rayonu ilə birləşdirildikdən sonra Bərdə istehsalat idarəsi partiya ko-mitəsində partiya təşkilatçı-inspektor iş-ləmişəm. 1963-cü ilin dekabrında məni ra-yonun ən böyük pambıqçılıq kolxozu olan “Özbəkistan” kolxozunun idarə heyətinə sədr seçmişlər. Həmin vəzifədən 1966-cı ilin mayından Mirbəşir rayonunun partiya komitəsinə təlimatçı keçirilmişəm və Ra-yon Partiya komitəsindən Bakı Ali Partiya məktəbinə göndərilərək orada 2 il oxuyub, 1969-cu ildə oranı müvəffəqiyyətlə bitirmişəm. Sonra Mirbəşir rayon partiya ko-mitəsində təlimatçı, kənd təsərrüfatı və tə-darük işçiləri həmkarlar ittifaqı PK-nın sədri, Mirbəşir Rayon İstehlak cəmiyyəti-nin sədri, Rayon XDS İcraiyyə Ko-mitəsinin təşkilat şöbə müdiri, rayon XDS İcraiyyə Komitəsinin sədr müavini kimi vəzifələrdə çalışmışam. 2 sentyabr 1986-cı ildə Mirbəşir Rayon İstehlak cəmiyyətinin sədri vəzifəsindən səhhətimlə əlaqədar olaraq ərizəmə əsasən azad olunmuşam. Mən bütün işlədiyim vəzifələrə rayon partiya komitəsinin məsləhəti və ya ərizəmlə keçirilmişəm. Bütün işlərdə etimadı doğrultmağa çalışmışam. Partiya və hökumətimiz məni “Rəşadətli əməyə görə” medalı və “Əmək veteranı” medalı ilə təltif edib. Ehtiyatda olan zabitəm, 1960-cı ildən Sov.İKP-nin üzvüyəm. Rayon partiya ko-mitəsinin üzvü, rayon Sovetinin deputa-tıyam. Evliyəm və 3 uşağım var…” Burada ata-ana, ailə, qardaş, bacı,həyat yoldaşının valideynləri və qardaş bacısı haqqında ətraflı məlumat verilib.
    1970-1979-cu illərdə Tərtər rayonunda birinci katib vəzifəsində işləmiş Zülfüqar Abdullayevin dediklərindən: Oktay Sə-fərov çox bacarıqlı, enerjili, ləyaqətli, xa-raktercə bütöv bir adam idi. Ona hər sa-hədə arxalanmaq olardı. O, bütün sahələrdə özünü doğruldurdu. Heyif ki, onun həyat yolu çox qısa oldu.
    Oqtay müəllim bu keşməkeşli həyatda 60 il ömür sürüb. O zamanki çox insanların arzuladığı xoşbəxtliyi də görüb, müəyyən günlərin ağrı-acısını da yaşayıb. Rayon ca-maatı tərəfindən sevilib, rayon rəhbərlə-rinin etimadını qazanıb, ağıllı və qürurlu həyat yoldaşı, tərbiyəli və savadlı övladları Babəki, Hafizi və Sevinci ilə qürur du-yub.Bu gün də Oqtay Səfərovun adı həm onu tanıyanların dilində, həm də ailəsi tə-rəfindən fəxrlə çəkilib, qürurla yad edilir. Oqtay Səfərovun ailə ocağında isə ömür-gün yoldaşı Validə Səfərova ilə oğlanları Babək və Hafizin ailəsi yaşayırlar. Bu gün onlardan da qısa bir məlumat verməyi özümə borc bilirəm.
    “Çaylar axır səssiz səmirsiz”
    Qarşımda Azərbaycan müəllimi qəzeti-nin 5-11 mart 2004-cü il sayının 4-cü sə-hifəsi var. Səhifə ümummilli lider Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” sözləri ilə başlayır. Həmyerlimiz Validə Səfərova haqqında biologiya elmlər namizədi, akademik Meh-di Mehdizadə mükafatı laureatı Nəcəf Nə-cəfovun geniş yazılmış oçerki əks olunub. Yazı barəsində Validə müəllimə deyir: “Nəcəf Nəcəfov mənim tələbə yoldaşım olub. H.B.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda oxumuşuq. Bizim Tərtərin təhsili ilə maraqlanıb, şöbənin qonağı olub, Orada mənim haqqımda bəzi məlumatları topladıqdan sonra bu oçerki yazıb”.
    Mən də həmin oçerki sətir-sətir oxudum. Burada təkcə bir müəllimin haqqında deyil, həm də Tərtər təhsilinin o zamanki fəa-liyyətindən bəhz edilir. “Azərbaycan təhsili tarixində XX əsrin 60-80-ci illərinin öz yeri, öz tutumu vardır. Məlumdur ki, hə-min dövrdə SSRİ-nin müxtəlif regionlarında meydana çıxan qabaqcıl təcrübələr öl-kədə geniş yayılır, tez-tez elmi-praktik konfranslar, pedaqoji mühazirələr, elmi-metodiki seminarlar keçirilirdi. Haqqında söhbət açacağımız Validə İsfəndiyarova pedaqoji fəaliyyətə məhz belə bir mühitdə başlamışdı”.
    Müəllif onun 40 illik pedaqoji fəa-liyyətindən və neçə-neçə şagirdin həyatında öncül rolu olduğunu əks etdirərək “böyük çaylar lal axdığı kimi qəlbi geniş adamlar da zahiri hay-küydən uzaq olurlar” söyləmişdir.
    (Bu oçerki gələcəkdə oxuculara olduğu kimi təqdim etmək fikrindəyik).
    Hələ şəhər 1 saylı tam orta məktəbdə təhsil aldığım illərdə mənə dil-ədəbiyyat dərsi deyən Validə müəllimə ilə olan şa-gird–müəllim məhəbbətimi heç nə ilə müqayisə edə bilmərəm. O, yaddaşıma yazılan, ömürlük xatirimdə qalan müəllimlər-dən biridir. Elə Validə müəllimin də zəhmətini Tərtərin tarixində izi qalanların siyahısına əlavə edərdim. Axı, yüzlərlə tər-tərlilərin yetişməsində, savadlanmasında Validə müəllimin gərgin zəhməti olub.
    Şəhər 1 saylı tam orta məktəbində uzun bir pedaqoji yol keçmiş Validə Səfərova təhsilimizin nüfuzlu “Baş müəl-lim”lərindən biridir. Həm də qayğıkeş ana, nəvələrinin nağıl dünyası olan nənədir. Tərbiyə verdiyi övladları Babək, Hafiz və Sevinc ali təhsillidirlər. Hər birinin öz ai-ləsi var. Həyat yoldaşları və övladlarlı da ali təhsillidirlər. Əsil ziyalı ailələrindən bi-ridir Səfərovlar ailəsi. Oğlu Babək Qarabağ müharibəsi veteranıdır. Onların hər biri özlərinə ayrılıqda xətir-hörmət qa-zanıb.
    Hazırda Səfərovlar ailəsində 7 nəvə böyüyür. Onlar da gələcəklərini təhsillə, elmlə bağlayıblar. Müxtəlif təhsil ocaqlarında oxuyanı da var, ali məktəbi bitirəni də var. Böyükləri kimi tarixdə hərə öz izini qoymaq arzusundadır

    Müəllif: Redaktor, 10:32

İsmarıclar bağlıdır.