Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,256
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş ka-rantin tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən geniş tərkibli videomüşavirədə verilən tapşırıqlara uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon polis şöbəsinin rəisi Elçin Qasımov və mobil qrupun üzvləri ilə birlikdə növbəti reyd keçiriblər. Onlar sakinlərlə, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarla, qida məhsulları satılan ticarət obyektlərində, ictimai-iaşə obyektlərində çalışan şəxslərlə görüşüb, vətəndaşlarla maarifləndirici söhbətlər aparıblar. 

    Sakinlərə xəstəliyin yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu,
    gigiyenik qaydalara düzgün riayət olunması tövsiyyə olunub.
    Karantin qaydalarına əməl etməyənlərin haqqında ciddi şəkildə inzibati cəza tədbirləri görüləcəyi bildirilib.
    Reyd zamanı karantin qaydalarına riayət etməyən ticarət və ictimai-iaşə obyektləri xəbərdarlıq edilib, karantin qaydalarını pozduğu üçün 2 nəfər 200 manat, maskadan istifadə etmədikləri üçün 7 nəfər, hər biri 100 manat məbləğində cərimə olunub, 2 nəfər Göygöl rayon sakini olduğu üçün barələrində tədbir görülməsi məqsədi ilə protokol tərtib edilərək aidiyyəti üzrə Göygöl Rayon Polis Şöbəsinə göndərilib, 1 nəfərə məhkəmənin qərarı ilə 10 sutka həbs verilib.
    Hazırda Nazirlər Kabineti yanında Operativ qərərgahın göstərişinə əsasən rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 59 mobil qrup fəaliyyət göstərir.
    Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.

    Müəllif: Redaktor, 10:49

İsmarıclar bağlıdır.