Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl

    (Hekayə)

                                                                            4 İL KEÇSƏ DƏ…
    2016-cı ilin yayı idi. Həmişə redaksiyamıza hekayələr göndərən Əntiqə Məmmədova bu dəfə “Tənha ulduz”adlı bir hekayə yollamışdı. Oxumuşduq və qəzetimizdə dərc olunmasını məsləhət bilmişdik. Lakin aradan 4 il keçsə də, o hekayə hansı səbəblərdənsə dərc olunmamışdı.
    Bu günlərdə köhnə yazılar qovluğuna baxanda, Əntiqə Məmmədovanın “Tənha ulduz” hekayəsinə rast gəldim və günahımızı yumaq üçün o hekayəni dərc etməyi lazım bildik.
    Onu da qeyd edim ki, 4 ildir ki, Əntiqə Məmmədova ilə redaksiyamızın heç bir əlaqəsi yoxdur.
                                                                                                                           Tofiq Yusif

    Hörmət bəslədiyim bir qadına
    Gecə yarıdır, göydə ulduzlar sayrışır. Ulduzların bəziləri elə işıq saçırdı ki, sanki, Ay ilə yarışırdı. Mən maraqla yanıb-sönən, bir-birinə, “göz vuran” ulduz-ları seyr edirdim. Aya baxmaqdan isə özümü güclə saxlayırdım. Ta uşaqlıqdan ürəyimdə bir qorxu yaranmışdı…
    Bir dəfə başıma qəribə bir hadisə gəlmişdir. Pəncərədən aya tamaşa edirdim. Rəvayətlərə görə güya ki, Ay oğlandır, Günəşsə qız. Mən bunu yalanmı, ya gerçəkmi olduğunu bilmək istəyirdim. O qədər aya diqqətlə baxdım ki, onun qaş, göz, ağız, burnunu gördüm. Üzümə deyən qəfil sillə məni qəribə aləmdən ayırdı. Yan-yörəmə baxdım, heç kimi görmədim. Amma, həqiqətən məni vurmuşdular. Işığı yandırıb sifətimə baxdım. Üzümdə beş barmağın izi vardı. Sillənin yeri qızarmışdır.
    Qorxdum. Tez anamı yuxudan oyatdım :
    -Ana, Aya baxırdım, kimsə məni vurdu.
    -Kim vurdu, ay bala?! Nə danışırsan?
    -Ana, düz deyirəm, pəncərədən bir əl uzandı, məni vurdu, amma hec kimi görmədim.
    Anam yuxulu-yuxulu gileyləndi:
    -Mən səninlə bacara bilmirəm. Hər yuxudan duranda bir “nağıl” söyləyir-sən. Elə bil bu dünaynın adamı deyilsən. Yüz dəfə sənə demişəm ki, Aya baxanda üç dəfə üzünə salavat çək. Ona görə ki, Ayı da, Günəşi də qurban olduğum O kişi yaradıb (əlini göyə uzatdı). Onlar da müqəddəsdirlər. Gərək onlara tə-miz, saf niyyətlə baxasan.
    Bu sillədən sonra bir il xəstə yatdım…
    O vaxtdan Aya heç bir vaxt diqqətlə baxmamışam. Ulduzlara isə baxmaqdan doymaram.
    Gözüm bir tək ulduza sataşdı. Ulduz sanki alışıb yanırdı. Göydə bərq vuran ulduzların heç biri parlaq-lıqda ona tay ola bilməzdi.
    Bu tənha ulduzun yan tərəfində iki qoşa ulduz da işıq saçırdı. Sanki onlar birləşmişdilər ki, işıqları daha gur olsun. Bu zaman məni qəribə bir hiss bürüdü. Göydə alışıb-yanan bütün ulduzlara öz şəfəqi ilə meydan oxuyan, amma, təəssüf ki, tək alışıb yanan bu ul-duzu tənha yaşayan bir gözəl qadına bənzətdim. Tanıdığım və çox hörmət bəslədiyim bu qadın da ulduz ki-mi tənhadır. Çox iradəli mətin və gözəl olan bu qadının odu, alovu bəlkə də çoxlarını yandırıb-yaxır. Ancaq o, bunlara məhəl qoymayaraq, ürəyinin istisini öz ciyərparasına verib.
    Bəlkə də çox yanar ulduzlar can atıblar ki, bu ulduzla birləşsin, işıqları da-ha gur olsun, yerə-göyə nur saçsınlar. Amma, bu qadının tale ulduzu söndüyü üçün başqa bir ulduzun işığına bələnmək istəmirdi. Bu, gözəl, yaraşıqlı, qəddi-qamətli tənha qadın öz arzu və istəklərini ürəyinin dərinliklərində bir qızılgül ləçəyinə bükərək dəfn etmişdi. Bu arzu və istəklərin yenidən pöhrələnərək qönçələnib açılmasını min bir əzabəziyyətlə böyütdüyü balasının ömründə, taleyində görürdü.
    “Tənha ulduz”, tənha olsan da, sənin işığın çox qoşa yanan ulduzların işığından gurdur, parlaqdır.
    Bu arada mənim ağlıma bir müqayisə də gəldi. Gur axan çaydan bir az uzaqda bir ağac bitib. Tənha bir ağac. Çay öz məcrasına sığmadan şırha-şırla axıb gedir, ancaq, onun bir damlası da bu ağacın gövdəsinə çatmır. Ağac yağan qarın, yağışın ümüdinə qısıla-qısıla boy atır. Və həmişə də gur axan bu çaya ciyəri yana-yana həsrətlə baxır.
    İçimdən bir səs gəlir: kaş kimlərsə öz badələrini qaldıranda deyilən bütün sağlıqlardan fərqli olan belə bir sağlıq deyərdilər:
    -Gəlin, bu badələri qaldıraq tənha ulduzların sağ-lığına! Bir də çay qırağında susuz qalan tənha ağacların sağlığına!
                                                                                                          Əntiqə MƏMMƏDOVA

    Müəllif: Redaktor, 08:42

İsmarıclar bağlıdır.