Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Tərtər rayonu sakinləri də qoşulub.
    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində qanvermə aksiyası keçirilib. Aksiyada icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, inziba-ti ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi əlilləri, habelə sıravi vətəndaşlar, xüsusilə gənc könüllülər fəal iştirak ediblər.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-qtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının vətənpərvərliklə bağlı nitqindən ruhlanan tərtərlilər könüllü olaraq kampaniyaya qoşulublar. B. Ey-vazov adına Elmi-Tədqiqat Hematologiya və Transfu-ziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının peşəkar həkimləri tərəfindən həyata keçirilən xeyirxah aksiya zamanı 225 nəfər qan verib. Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
    Toplanan qan laboratoriya müayinəsindən keçiril-dikdən sonra irsi qan xəs-təliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

    Müəllif: Redaktor, 12:17

İsmarıclar bağlıdır.