Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Okt

    image (8)Yaşadığımız narahat dünyadan rahat mənzilə yola saldığımız, ayrılığına əbədi yanacağımız, şəhidlik adına yüksələn yüzlərlə vətən oğulları sırasında yer tutanlardan biri də Abdullayev Aydın Əmirsoltan oğludur.
    Doğulduğu gündə deyirlər insanın alın yazısı yazılır. O yazı ki, onu yazan bir dəfə yazar və heç zaman pozulmaz!
    Yayın şiddətli isti günlərindən biri idi. Qapımı bir ata döydü, tanımadığım bir şəxs. Alnından oxudum ki, bu şəhid atasıdır. Öv-ladını mənə nişan verdi, tanıdım. 2013-cü il oktyabrın 26-da şəhid olmuş Aydın Abdullayev idi.
    Tanıdım ona görə ki, Aydın yaşadığımız Tərtər rayonunun Qapanlı kəndində xidmət edirdi. Hələ bir il əvvəl həmin ayın (2012-cı ilin 26 oktyabrında) eyni günündə düşmənin təmas xəttində minaya düşüb həlak olan övladımın(Quliyev Elməddin Cəfər oğlu) yanına ilk çatıb, onu ərazidən çıxaran gizir Abdullayev Aydın olub.
    Dünyam yenidən uçdu bu atanı görəndə, onun dərdini bilməyənlərə bu adi hal ola bilər, mənə yox. Mən onda dedim:
    –Ata, qüvvətli ol, dözüm tap özündə. Çünki qarşında dayanan da şəhid atasıdır.
    Əmirsoltan qardaş şəhidin anasının (ailəsinin) ağır vəziyyətdə olduğunu deyəndə, mən öz həyat yoldaşımı çağırıb ona göstərdim.
    Ondan ayrılanda söz verdim ki, Aydın haqqında mən də nəsə yazacağam…
    Qarabağ müharibəsi xalqımıza çox yaralar vurdu. Ata, ana, oğul, qız itirənlərimiz çox oldu. Ancaq bunlardan da ağır bir itkimiz var, Əmirsoltan kişi. Bu, torpaq itkisidir, Qarabağ itkisidir.
    Qədim türk dastanlarından ya-dımda bir deyim qalıb, onu yaza-cağam:
    Torpaq ot bitirdi,
    At otu yeyib böyüdü.
    Ana oğul doğdu,
    Onu qundaqlayıb böyütdü.
    Ata oğul üçün at aldı,
    Vətən dara düşdü
    Oğul atını minib,
    Torpağını qorumağa getdi.
    Əmirsoltan kişi! Biz sevinci kədərdən üstün bilməliyik. Bəxtiyar Vahabzadənin dili ilə deyirəm:
    Yaz ayları şaqqıldayan selmişən,
    Bu dünyanı oyuncaqmı bilmisən?
    Həyat səni güldürəndə gülmüsən, Hünərin var, ağladanda gül görüm!
    Sənin bir şəhid atası kimi yaşamağa, insanlar yanında danışmağa oğlunun tərbiyəsindəki roluna görə haqqın daha çoxdur. İndi qəm yükünü çəkə bilməyən ananın başqa analardan üstünlüyü elə bundadır.
    Mən hadisə yerinə çatanda artıq Aydın yox idi. Bu sərhəd bölgəsində 1992-ci ildən bu günə qədər onlarca yaralı və şəhidin köməyinə can atan mən gecikmişdim. Tanrı qismət eləmədi ki, Aydına köməklik göstərim. Ancaq o, köməyinə çatdığı oğlumun ruhuna doğru çapırdı öz atını. Bu köhlən aparmışdı bir il qabaq Elməddini, indi də Aydını.
    Öz oğlumun məzar daşında yazdığım misraları sənə göndərirəm, Əmirsoltan kişi. Elə övladlarımızın alın yazısı kimi, bizim qismətimizə düşən bu ömrün təsəllisi olsun barı.
    Əli, Sadiq yadigarım,
    Vətən, torpaq iftixarım.
    Birdən pozuldu pərgarım
    Sonsuzluğa dönər oldum!
    3 il keçir mənim çəkdiyim acılardan, 2 il keçir sənin düşdüyün müsibətdən. Elə özlərinin arzusu imiş şəhidlik. Tanrı onların arzu-sunu qəbul etdi. Ancaq bizləri yandırdı.
    Deyirlər, şəhid ruhu Vətən göylərində dolaşıb, uğrunda öldükləri torpağın azad olunduğunu görəndə rahat olacaq, öz əbədi məkanına qayıdacaqdır.
    Allah şəhidlərimizə rəhmət etsin! Amin.

     

    Cəfər Quliyev,
    Qapanlı kəndi

    Müəllif: Redaktor, 14:13

    Teqlər:

İsmarıclar bağlıdır.