Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Noy

    Изображение 085Torpaqlarımızın mənfur ermənilərin hücumundan qorunmasında mərdliklə vuruşan yüzlərlə vətən oğullarından biri də Qalalı Hüseynovdur. O, 1963-cü ildə rayonumuzun Qaradağlı kəndində anadan olub. 1980-ci ildə yaşadığı kənd orta məktəbini bitirəndən sonra hərbi xidmətə gedib. Sonra qiyabi yolla Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mexanikləşdirmə fakültəsini qurtararaq mühəndis ixtisasını alıb.
    Sonra Frunze adına kolxozda təmir mexaniki işləyib.
    O zamankı SSRİ məkanında hərbi xidmət keçən Qalalının çevikliyi, silahlardan yaxşı baş çıxarması hərbi hissənin zabit və komandirlərinin diqqətindən yayınmayıb. Dəfələrlə təltif olunub, ailələrinə hərbi hissə komandanlığı tərəfindən təşəkkür məktubu gəlib.
    Ermənilərin vətənimizə hücumu, onların torpaq iddiası hər bir azərbaycanlı gənci kimi Qalalını da sakit buraxmayıb. 1993-ci ilin sonlarına yaxın könüllü olaraq Tərtər Özünümüdafiə batalyonuna yazılıb.
    Zabit kimi Qalalı I bölüyün komandiri təyin olunub. Bir sıra gərgin döyüşlərdə vuruşub. Ağdərə ilə Ağdam istiqamətində gedən vuruşmalarda igidlik göstərib. Qalalı deyir ki, 1994-ci ilin 21 aprel günü heç zaman yadımdan çıxmaz. Həmin gün axşam 30 nəfər döyüşçü ilə Ağdamın Güllücə kəndinə gəldik. Səhərə yaxın düşmən artilleriyası üstümüzə mərmi yağdırdı. Bir sutkalıq döyüşdə hər iki tərəfdən xeyli itki oldu. Qalalı birgə döyüş yolu keçdiyi yoldaşlarını, şəhid olanları, yaralananları indi də ürək ağrısı ilə xatırlayır.
    Qalalı Hüseynov atəşkəs rejimindən sonra 1995-ci ildə ordudan təxris olunub.
    Tərtər İlk Peşə İxtisas Məktəbində müəllim işləyir. O, bacarıqlı zabit olmaqla yanaşı, həm də gözəl ailə başçısıdır. 3 öv-ladı var. Hamısı ali təhsillidir.
    Orduda göstərdiyi igidliklərə görə bir sıra döş nişanları və fəxri fərmanlar alıb. Ondan arzularını soruşdum.
    Dedi ki, ən böyük arzum torpaqlarımızın geri qaytarılmasıdır. Onda torpaq uğrunda şəhid olan vətən övladlarının ruhu sakitləşər.

    Mirzə NƏSİR

    Müəllif: Redaktor, 12:14

    Teqlər:

İsmarıclar bağlıdır.