Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Avq

    Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı avqust ayının 21-də başlayıb.
    Aşura Məhərrəm ayının 10-cu gününə, yəni avqustun 30-na təsadüf edib.
    Səfər ayı isə 19 sentyabrda başlayacaq, 17 oktyabrda başa çatacaq.
    Məhərrəm ayı və aşura günü nə deməkdir?
    Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda məhərrəm sözü ay adı olaraq keçmir. Lakin dolayı olaraq döyüşün haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir. Peyğəmbərimiz (s.ə.s) ayədəki haram ayların Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb ayı olduğunu bildirmişdir.
    Məhərrəm ayının özünəxas xüsusiyyətlərindən biri bu ayda Aşura gününün olmasıdır. Aşura “onuncu gün” deməkdir. Hicri təqviminin ilk ayı olan Məhər-rəm ayının onuncu günüdür.
    Qeyd edək ki, Məhərrəm ayı tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əminamanlıq ayı kimi qəbul edilib. Hələ islamdan əvvəlki cahilliyyət dövrünün ərəbləri bu ayda qan tökməzdilər, lakin əməvilər sülaləsindən olan yezid ibn Müaviyyə Məhərrəm ayının 10-da Hz. Peyğənbərin (s) əziz nəvəsi lll İmam Hüseyni (ə), övladlarını, o cümlədən Peyğənbərin (s) bir neçə səhabəsi və əhlibeyt tərəfdarlarını Kərbəla çölündə şəhid etdirdi, ailələrini isə əsir götürdülər. Bu hadisə tarixdə elə dərin bir iz bu-raxdı ki, o vaxtdan bu vaxta 14 əsrə yaxın vaxt keçməsi-nə baxmayaraq hələ də bu məşum hadisə qəlblərdə yaşayır. O zamandan, hicrətin 61-ci ilindən etibarən bu ayın 10-cu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn kimi daxil oldu.
    Məhərrəmlik ayının fəziləti çox böyükdür
    “Bu ayda insanlara haram, xoşəgəlməz əməllərdən uzaq durmaq tövsiyə olunur”
    İslamiyyətdə bu ayın öz fəziləti, öz dəyəri var. Bu ay bütün islam dünyasında mənəvi paklıq, saflaşma, ilahi hidayət ayı kimi qeyd edilir. Bəlli olduğu kimi, Məhərrəmlik ayında bütün müsəlmanlara nəyi etmək və ya nəyi etməməklə bağlı xüsusi tövsiyələr edilir. Azərbaycan müasir, dünyəvi dövlət olmaqla yanaşı, islam dünyasında böyük nüfuzu, öz yeri olan ölkədir. Ölkə vətəndaşlarının böyük əksəriyyəti məhz is-lam dininə etiqad edir. Odur ki, islama etiqad edən hər bir azərbaycanlı Mə-hərrəmlik ayında nəyi necə etmək, necə davranmaq barədə götür-qoy edir. Məhz bu zərurətə uyğun olaraq, hər bir müsəlman Məhərrəmlikdə xüsusi qaydalara əməl etməyə çalışır, nəyin doğru, nəyin yanlış olması barədə dərindən düşünür.
    Hər bir müsəlman üçün Məhərrəmlik ayının fəziləti çox böyükdür. Allah-Taala Qurani-Kərimdə buyurub ki, o şəxslər ki, Quran- islam yolunda xalqımızın istiqlaliyyəti yolunda, vətəni, namusu yolunda şəhid olur-lar, onlara siz ölü deməyin. Onlar ölü deyillər. Biz onları nemətləndiririk. Bu, Allah-Taalanın buyurdu-ğudur. Bunlar o adamlardır ki, şəhid olublar, din uğrunda, xalqının namusu yolunda çalışıblar. Allah-Taala şəhidlərə nə qədər qiymət veribsə, onlara da o qədər, bəlkə də ondan da çox dərəcədə xoşbəxtlik verib. Məhərrəmlik ayında möminlər insanları əyləndirən işlərdən uzaq olsalar yaxşıdır. Onun əvəzinə, Allah yolunda namaz qılsa, Quran oxusa, hansısa bir imkansıza istər maddi, istərsə də mənəvi cəhətdən əl tutsa, uşaq evlərində minlərlə valideyn himayəsindən məhrum olan uşaqlara köməklik göstərsələr, imamlarımıza və peyğəmbərlərimizə ehsan verdikləri kimi, şəhid ailələrinə də baş çəkib, onların həyatları ilə maraqlansalar, daha yaxşı olar və savab qazanmış olarlar. Namaz qılmaq, oruc tutmaq bütün müsəlman əhlinə aiddir. Lakin Allah-Taala tərəfindən hansısa əməllərə qadağa qoyulubsa, o əməlləri bizim müsəlman bacı-qardaşlarımız əməl etməməlidir. Bir söz-lə, bütün bəd əməllərdən çəkinməli, əl çəkməlidirlər.
    Məhərrəmlik ayında 72 insan din yolunda şəhid olub və peyğəmbərlərimiz məhz səfər ayında dünyasını dəyişib. Bu ayda insanlara haram, xoşəgəlməz əməllərdən uzaq durmaq tövsiyə olunur. Məhərrəmlik ayında hər bir insan xeyirli əməllərlə məşğul olmalı və ilahi savab qazanmalıdır.
    Hal-hazırda Azərbaycan da da Məhərrəmlik ayı müsəlmanlar tərəfindən xüsusi tarixi ənənə ilə qeyd olu-nur. Lakin indi koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş ciddi karantin rejiminin tələblərini gözləmək üçün dini ayinlərin məscidlərdə deyil, inanclı adamlar tərəfindən öz evlərində icra olunması tövsiyə edilmişdir.
                                                                                                         Saleh ƏDİLOV,
                                                                                                        Əskipara məscidinin mütəvəllisi

    Müəllif: Redaktor, 09:45

İsmarıclar bağlıdır.