Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Avq

    Videokonfransda hüquq-mühafizə orqanlarının təmsilçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsindəki şöbənin baş məsləhətçisi Pərviz Eyvazov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov iştirak etmişlər.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən tapşırıqların icra vəziyyətindən, koronavirus pandemiyası ilə bağlı rayonda aparılan mübarizə tədbirlərindən, rayon ərazisində ən çox yoluxma qeydə alınan yaşayış məntəqələrindən, bu günədək 86 nəfərin virusa yoluxmasından narahat olduğunu bildirdi.
    Qeyd etdi ki, bunun üçün əhali arasında mobil qruplar tərəfindən maarifləndirmə tədbirləri gücləndirilir, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qərar və göstərişlərinə ciddi surətdə əməl olunur.
    Sonra rayon rəhbəri bu vəzifələrin yerinə yetirilməsində icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, ümumiyyətlə, hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdən də danışdı

    Məhərrəmlik ayının girməsi ilə bağlı əhalinin dini mərasimlərə toplaşmasının koronavirus pandemiyası ilə bağlı məsləhət olunmadığını bildirdi.
    Qeyd olundu ki, xəstəliyin qar-şısının alınmasında düzgün maarifləndirmə böyük rol oynayır. Hər kəs bilməlidir ki, yas, toy, nişan, ad günü və digər kütləvi tədbirlər qəti sürətdə təxirə salınmalıdır.
    İclas iştirakçılarına dezinfeksiya tədbirlərini diqqətdə saxlamaq, sərnişindaşıma ilə bağlı avtobuslarda sərnişinlərin, sürücülərin qoruyucu maskadan istifadə etmələrinə nəzarəti gücləndirmək, mütəmadi sürətdə reydlər keçirmək tapşırıldı.
    Göstərildi ki, hər kəs ayıq-sayıq olmalıdır. Unutmamalıyıq ki, Tərtər rayonu strateji əhəmiyyətli rayondur, hər an düşmən təxribatı ilə rastlaşa bilərik.
    Sonra müzakirə edilən məsələlər barədə rayon Prokuroru Şı-xəli Alməmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsindəki şöbənin baş məsləhətçisi Pərviz Eyvazov, Kəbirli, Xoruzlu, Seydimli, Azadqaraqoyunlu, Qaynaq, Hacıqərvənd, Dəmirçilər, Hüsənli, Söylən, Əskipara kənd İƏD üzrə nümayəndələr Azər Yaqubzadə, Məzahir Mahmudov, Nərmin Vəliyeva, Nazim Xəlilov, Kamil Abdullayev, Vəli Əliyev, Sədiqə Əhmədova, Gülüstan Əhmədova, Mətləb Əsədov, Pərviz Mustafayev və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rayon şöbəsinin baş məsləhətçisi Möhlət Nəzərov çı-xış etdilər.
    Rayon rəhbəri icra nümayəndələrinə vətəndaşların müraciətlərinə diqqətlə yanaşmağı, bələdiyyə və icra nümayəndələrinin birgə iş fəaliyyəti, şəhər və kənd ərazilərinin dezinfeksiya olunması, təmiz saxlanması, Məhərrəmlik ayında inanc yerlərində dini mərasimlərin keçirilməsinin məhtutlaşdırılması ilə bağlı tapşırıqlar verdi.
    Qeyd olundu ki, məscidlərə, inanc yerlərinə getmək əvəzinə keçirilən qanvermə aksiyalarında iştirak eymək , sosial durumu aşağı olan insanlara kömək göstərmək, elə Allah yolunda edilən ən böyük cihaddır.
    Videokonfransın sonunda diqqətə çatdırıldı ki, bu gün insanların sağlamlıqları hər şeydən önəmlidir. Bunun üçün də müzakirə edilən məsələlər diqqət mərkəzində saxlanılmalıdır.
                                                                                                                       “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:16

İsmarıclar bağlıdır.