Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen

    Bu günlərdə Qarabağ müharibəsində şəhid olmuş zabit Aslan İsmayıl oglu Kərimovun anım günü keçirilmişdir. Şəhidin doğmaları onun adı verilmiş və büstü quraşdırılmış Tərtər şəhər 3 saylı ümumi orta məktəbinə gəlmiş, büstü önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini hörmətlə yad etmişlər.
    Avqustun 13-də Aslan Kərimovun şəhidliyinin 28-ci il dönümü tamam olmuşdur.
    1991-ci il… Ermənilərin mitinqlərlə, daş atmaqla başladıqları elan edilməmiş müharibə artıq yeni bir mərhələyə qədəm qoyurdu. Taleyinə ermənilərin yaşadığı o vaxtkı Mardakert rayonu ilə qonşuluq yazılmış Tərtər rayonu hər gün müxtəlif çaplı silahlardan və raketlərdən atəşə tutulurdu…
    Artıq düşmənə ciddi şəkildə cavab verə bilən ordunun, yaxud dəstələrin yaranması bir zərurət idi və yarandı da. Ən əvvəl vuruşa hazır oğul-ları bir yerə toplayıb ardınca apara bilən insanlar meydana gəldi. – Elman Hüseynov, Vəzir Orucov, Pənah Məmmədov, Aslan Kərimov və s.

    (Elman Hüseynov və Vəzir Orucov Azərbaycanın Milli Qəhrəmanlarıdır)
    Aslan Kərimov 1954-cü il noyabr ayının 12-də dünyaya göz açmışdı. Tərtər şəhər 1 saylı orta məktəbin rus bölməsini bitirmiş, hərbi xidmətini keçmiş Sovet Ordusu sıralarında başa vurmuşdu.
    Ali təhsilini 1975-1979-cu illərdə Moskva Kooperativ Institutunun Bakı filialında alan Aslan, Qarabağ mühari-bəsi başlayana qədər ayrı-ayrı illərdə Tərtər Suvarma Sistemləri İdarəsində, rayon istehlak cəmiyyətində və rayon ictimai iaşə birliyində müxtəlif vəzifələrdə çalış-mışdır. 1988-ci ildə “VAZ” Ticarət Şirkətinin satış mağazasının müdiri işləyirdi.
    1991-ci ildən könüllülər-dən ibarət Milli Ordu sıra-larına daxil olmuş, özünümü-dafiə batalyonlarının təşkilində və yaranmasında fəal iştirak etmişdir. Aslan Kərimov bölük komandiri kimi bir sıra döyüş əməliyyatlarının hazırlanmasında və aparılmasında şəxsi fədakarlıq göstərmişdir. O, bacarıqlı və təcrübəli bir zabit kimi keçirilən hərbi əməliyyatlarda xüsusi şücaət göstərmiş, bir komandir kimi döyüşçülərini həmişə düzgün istiqamətə aparmış, onları həvəsləndirmiş və yağı düşməndən qisas alınmasında fəal rol oynamışdır. Onun rəhbərlik etdiyi bölük bir çox uğurlu əməliyyatlar keçirmiş, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etmişdir.
    Aslan Kərimov həm də sə-mimi bir insan idi. O, tabeliyində olan əsgərlərlə bir qardaş münasibəti yaratmış, on-larla dost olmuş və hər bir istəklərini yerinə yetirməyə çalışırdı. Buna görə də Aslan Kərimovu döyüşçülər ürəkdən sevir, həm komandir, həm də bir insan kimi ona böyük hörmət bəsləyir, verdiyi döyüş tapşırıqlarını canla-başla yerinə yetirirdilər.
                                                                                                                         “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 09:30

İsmarıclar bağlıdır.