Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen

    Şəhidlik adı ölüm deyil, VƏTƏN TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək de-məkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quran-da buyurulur ki, şəhidlik və qazilik peyğənbərlərdən sonra gələn adlardır.
    “Qara Yanvar”, bəzən “Qanlı Yanvar” və ya “20 Yanvar” faciəsi kimi qeyd olunur. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticədə 146 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmışdır.
    Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
    Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar Şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycan bu günkü nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər”.
    “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”- deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilmə-sini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.
    Azərbaycan yalnıız 20 yanvarda deyil, tarixən bir çox dönəmlərdə azadlıq və müstəqillik yolunda çoxlu şəhidlər vermişdi. Bunlardan biri də Xocalı soyqırı-mıdır erməni quldurları tərəfindən şəhid edilən insanların qətlə yetirilməsidir.
    Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı moto atı-cı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən , etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada 3 minə ya-xın insan qalmışdı.
    Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür. Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir.
    Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verilib. 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə başlandı.
    Bu qırğın nəticəsində 613 nəfər şəhid olmuşdur. Onlardan 63 nəfəri uşaqlar, 70 nəfər qocalar, 106 nəfəri qadınlardır. 8 ailə tamamilə məhv edilmişdir.
    Soyqırım hər hansı dini, milli etnik və irqi toplu-mu-qurupu tam və ya qismən məhv etmək, kökünü kəsmək məqsədilə edilən hərəkət deməkdir.
    Ermənilərin zaman-zaman dinc azərbaycanlı əhalisinə qarşı törətdiyi qanlı cinayətlər sırasında Qarabağ müharibəsi daha uzun sürən bir savaşa çevrilib.
    Qarabağ müharibəsi 1991-1994-cü illərdə Azərbaycan Dağlıq Qarabağın ərazisi üstündə Ermənistanla Azərbaycan arasında şiddətli hərbi müharibədir.
    Xocalı soyqırımı da daxil olmaqla Ermənilər I Qarabağ müharibəsi dövründə cəbhənin Goranboy və Tərtər rayonlarına perspektivli ərazi kimi yana-şıblar. Onlar istər 1992-ci ildə, istərsə də 1994-cü ildə əsas diqqəti cəbhənin bu istiqamətinə yönəltmişdilər. Döyüşlərdə iştirak etmiş bir zabitin sözlərinə görə, 1994-cü ilin yanvar ayında ermənilərin hərbi qüvvə və texnikasının demək olar 45-50 faizi və 10 min nəfərə yaxın şəxsi he-yəti məhz cəbhənin bu is-tiqamətində cəmləşdirilmişdi. Ermənin ordusunun əsgərləri bir neçə dəfə Tərtər istiqamətində cəbhə xəttini yararaq Azərbaycan ərazisinə daxil olmağa çalışsalar da, onların bu cəhtlərinin qarşısı qətiyyətlə alınıb və düşmən ordusu itki verərək geri çəkilib.
    Müharibə zamanı doğma yurdumuzun yüzlərlə igid oğlu qəhrəmancasına şəhid olub.Tərtər rayonundan olan üç igid şəhidimizə “Azərbaycan Milli Qəhrəmanı”adı verildi.
    Həmin qanlı-qadalı illərdə Tərtər 325 şəhid verdi. Buna baxmayaraq qəhrəman oğullarımız Tərtərin bir qarış torpağına da ermənilərin yiyələnməsinə imkan vermədi, öz doğma ərazilərini, ana bacılarını qeyrətlə müdafiə etdi və ermənilərin bu istiqamətdə minlərlə canlı qüvvəsini, onlarla texnikasını məhv etməyə nail oldular. Həm də ermənilərin yaşadığı bir çox kəndləri azad etdilər. Lakin tarixən azərbaycanlılara və Azərbaycan torpaqlarına qarşı olan erməninin haram xisləti yenə özünü büruzə verdi.
    2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistan Silahlı Qüvvələri yenə hücuma keçərək təxribat törətdilər. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli müharibə idi. Bu savaş Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonu Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olundu.
    Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı.
    Döyüşlər zamanı ordumuz 94 şəhid verib. Həlak olanlardan 48 nəfəri əsgər, 12-si müddətdən artıq hərbi xidmət qulluqçusu, 12-si gizir, 22 nəfəri isə zabitdir.
    Tərtərli gizir İsgəndərov Nicat Bəhruz oğlu 2016-cı ilin aprel ayında Azərbaycan Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.
    Aprelin 3-ü Nicat İsgən-dərov doğulduğu Tərtər şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı.
    Nicat İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif edildi.
    Erməni faşistləri Aprel döyüşləri ilə kifayətlənmədi. Quldurlar növbəti dəfə Tovuz rayonu istiqamətində hücuma keçdilər. Bu döyüşlər 2020-ci ilin 12 iyul taixindən etibarən Ermənistan Azərbaycan dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başladı.
    Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdi-nin qarşısı alınıb. Döyüşün ilk saatlarında Azərbaycan hərbiçilərinin 2 hərbi qulluqçusu şəhid olub, 5 nəfər yaralanıb.
    Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutdu. Erməni ordusunun hücumu nəticəsində Azərbaycan ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev və 2 mayorumuz Namiq Əhmədov və Anar Novruzov və 3 hərbi qulluqçu da şəhid olub.
                                                                                                    İlahə PAŞAZADƏ

     

     

     

    Müəllif: Redaktor, 09:42

İsmarıclar bağlıdır.