Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen

    Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, rayonun mərkəzi hissələrində, o cümlədən, Heydər Əliyev prospekti boyunca Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilir.

    Koronavirus (COVID-19) pandemiyası ilə mü-barizə aparılması üçün tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında, binaların giriş blokları və pilləkənlərində, insanların kütləvi toplaşdığı digər yerlərdə aparılır. Bu işlərlə yanaşı, vətəndaşların maarifləndirilməsi və gigiyenik qaydalara əməl olunması məqsədi ilə mütəmadi olaraq müvafiq tədbirlər hazırlanıb həyata keçirilir. Bu tədbirlər yalnız və yalnız insanların sağlamlığı naminə dövlət tərəfindən yerinə yetirilir.

    Müəllif: Redaktor, 10:49

İsmarıclar bağlıdır.