Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen

    İyulun 12-si günorta saatlarından etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı bölmələri təxribata əl atdı. Azərbaycan Er-mənistanın təxribatları barədə ilkin rəsmi məlumatları verdi, informasiya cəbhəsində üstünlüyü ələ aldı. İyulun 12-dən 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi operativ şəkildə vəziyyətlə bağlı məlumatlar yaydı. Hadisələrin episentrində olan Ağdam kəndinin girişində Azərbaycanın müxtəlif bölgələrindən gələnlər bura toplanıb, döyüşmək istəyi bu şəxslərin ruhuna hakim idi. Ermənistan sərhəd zonasında yerləşən kəndləri, əsasən də Ağdam kəndini intensiv artilleriya atəşinə tutmuşdu. Bu atəşlər isə Tovuz əhalisini qorxutmadı, cəsarətlə güllənin qabağında dayandılar, onlardakı mübarizlik və ruh yüksəkliyi Azərbaycan xalqının vətənpərvərlik duyğula-rını daha da alovlandırdı. Şəhid xəbərləri isə ehtirasların üzərinə “benzin” tökür, bu xalqın mübarizlik əzminə tə-kan verirdi. Ağdam kəndinin girişindəki izdihamın şüarları, ətraf ərazilərə səpələnən mərmilər, Azərbaycan Ordusunun adekvat cavab tədbirləri eyni anda baş verirdi. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın vurulması və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusunun döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edildiyi məlumatını yaydı.
    Azərbaycan hər zaman olduğu kimi, ərazisini qoruyur və bu şəkildə hər şey etməyə hazırdır: “Bu məsələ ilə bağlı iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Prezident iclasda dedi ki, bütün məsuliyyəti Ermənistanın hərbisiyasi rəhbərliyi daşıyır: “Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın et-mək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əha-lini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq”. Tovuz hadisələri Ermənistanda işğalçılığın dövlət doktrinası olduğunu bir daha sübut etdi, amma Azərbaycan Ordusu da nə qədər güclü olduğunu dünyaya göstərdi. Tovuz döyüşlərində Azərbaycan Ordusu balansında olan silahların çox cüzi hissəsini istifadə etdi, bunun əyani şahidi də olduq. Döyüşlərdə Ermənistan ordusunun 100-dən çox canlı qüvvəsi, hərbi texnikası, dayaq məntəqələri, kazarması məhv edildi. Ermənistan tərəfi isə hər vəchlə itkilərini üzə çıxarmır, lakin bunun gec-tez səsi çıxacaq. Ümumilikdə, Tovuz döyüşlərində Azərbaycan Ordusu general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov və mayor Anar Novruzov daxil olmaqla 12 şəhid verdi, bu isə xalqı yumruq kimi birləşdirdi.
                                                                   Züleyxa Mustafayeva
                                                                  Tərtər rayon Qeydiyyat şöbəsinin rəis vəzifəsini icra edən

    Müəllif: Redaktor, 10:56

İsmarıclar bağlıdır.