Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Sen

    Koronavirus–sosial, ictimai-siyasi, irqi, dini fərqləri nəzərə almadan insanlığa qarşı ünvanlanmış total müharibədir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yer kürəsini bürümüş koronavirus biomüharibəsində fövqəladə bacarıq nümayiş etdirmiş, ölkəsini və xalqını xilas etmək vəzifəsini həyata keçirmiş qalib Baş Komandandır. Azərbaycan Respublikası biomüharibənin qarşısını almaq üçün düşünülmüş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baxımından dünya ölkələrini qabaqlamışdır.
    Prezident İlham Əliyevin qəti tapşırıq-ları əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə miqyasında genişmiqyaslı dezinfeksiya tədbirlərinin təşkili, ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu
    dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavi-rus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrilmişdir.
    Paralel olaraq dövlət başçımızın rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət qurumlarının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili koronavirusla mübarizənin bütün cəbhə xətti boyu aparılmasına meydan açmışdır.

    Cənab Prezidentin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah biomüharibə şəraitində sözün həqiqi mənasında operativ şəkildə çalışaraq, zəruri qərarları və tələbləri müəyyən etmiş, vaxtında Azərbaycan xalqına çatdırmışdır. Operativ Qərargah vasitəsilə hazırlanıb xalqa ünvanlanmış icazə sistemləri və qadağa qaydaları pandemiya şəraitində insanların həyat fəaliyyətinin idarə olunması və tənzimlənməsində mühüm rol oynamışdır.

    Ölkəmizin iqtisadiyyat, sosial müdafiə, rabitə, nəqliyyat nazirlikləri və idarələri öz səlahiyyətlərini Prezidentin tapşırıqlarına uyğun olaraq, işlərini respublika üzrə hər yerdə yeni şəraitlə əlaqəli şəkildə qurmaqla həm koronavirusla mübarizəyə öz köməklərini göstərir, həm də ən çətin şəraitdə ölkədə həyat ritmlərinin davam etdirilməsinə köməklik göstəriblər. Beləliklə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi “Biz birlikdə güclüyük!” çağırışı real həyatda, ən çətin proseslərdə taleyüklü məsələlərin həllində özünün real gücünü və əhə-miyyətini isbat etmişdir.
    Dünyada və ölkəmizdə pandemiya dövrünün birinci mərhələsinin yekunlarını təhlil edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Türk dövlətləri başçılarının onlayn fövqəladə Zirvə toplantısının keçi-rilməsini də əlamətdar tarixi hadisə kimi ayrıca qeyd etmək lazımdır.
    Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı BMT Baş Assambleyasının Xüsusi Sessi-yasının təşkil olunması təşəbbüsü 130-a qədər ölkə tərəfindən dəstəklənib.
    Azərbaycanda qısa müddətdə tibbi maska fabrikinin yaradılması və istehsala baş-laması, məhsullarını xalqa çatdırması da koronavirusla mübarizə dövrünün yaddaqalan hadisəsidir. Ən əsası isə bu, koronavirusla mübarizədə Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığına göstərdiyi həssas münasibətin və real qayğının əməli ifadəsidir.
    Son günlərin hadisələri və qərarları aydın surətdə göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi postpandemiya dövrünə hazırlamaq istiqamətində də vaxtında və məqsədyönlü iş aparmaqdadır. Bu cəhətdən birinci mərhələdə ölkədə iş yerlərinin saxlanılması və işçilərin ixtisar edilməsinə dair sərt tədbirlərin həyata keçirilməsi həmin sahədə gö-rülmüş, düşünülmüş məqsədyönlü tədbirlərdən biri kimi qiymətləndirilə bilər. İkincisi, Azərbaycan dövlətinin 600 min nəfərdən çox aztəminatlı insanlara, iş yerlərini itirməli olmuş çalışanlara verdiyi maddi maliyyə dəstəyi və müəssisələrdə tətbiq olunan vergi güzəştləri bugünün real ehtiyaclarını ödəməklə bərabər, həm də sabahın istehsalat proseslərinin icraçılarını, peşəkar mütəxəssislər təbəqəsini qoruyub saxlamaq deməkdir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin karantin rejiminin mərhələli şəkildə yumşaldılması haqqındakı qərarı əhalinin qarşıdakı yeni iqtisadi və mə-nəvi mühitə adaptasiya olunması baxımından əhəmiyyətlidir.
    Çətin və məsuliyyətli pandemiya dövründə respublikamızda xalqın demək olar ki, bütün təbəqələri arasında yaranmış birlik və həmrəylik Prezident İlham Əliyevin ardıcıl dövlət siyasətinin əsasında qazandığı uğurların möhtəşəm yekunudur.
    Koronavirusla mübarizənin davam etdirilməsi və başa çatdırılması üçün karantin vaxtının uzadılması da ölkəmizdə bu ağrılı prosesdən minimum itkilərlə çıxmağa hesablanır. İnanırıq ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında koronavirusla mübarizə dövründə olduğu kimi, postpandemiya mərhələsində də taleyüklü, məsuliyyətli vəzifələr uğurla həyata keçiriləcək, xalqımız daha xoşbəxt sabahlara qovuşacaqdır.
                                                                                                                          “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 11:01

İsmarıclar bağlıdır.