Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen
    Çəkdikləri naxışlanıb telində,

    Dinə bilmir həsrətinin dilində.

    Tək qalıbdı dərdlərinin əlində,

    Bu gözəlin nisgili var, İlahi!

    Sevgisinın tutub yasın,danışır,

    Havalanıb, qulaq asın, danışır…

    Öz- özünə xısın-xısın danışır,

    Bu gözəlin nisgili var, İlahi!

     

    Yalan olub ölüm-itim, ağlayır,

    Bilməm necə dada yetim, ağlayır.

    Boynuburuq, yetim-yetim ağlayır,

    Bu gözəlin nisgili var, İlahi!

     

    Gözlərindən ümidsizlik saçır bu,

    Adamlardan dəli kimi qaçır bu,

    Ürəyini dağa – daşa açır bu,

    Bu gözəlin nisgili var, İlahi!

     

    Kimsə yoxdu, yarasını sarısın,

    Rəvadımı lal-dinməzcə qarısın.

    Bir gün ağla, taleyindən yarısın,

    Bu gözəlin nisgili var, İlahi!

     

    Əlövsətəm, saçlarında dənəmsə,

    Çəkilərəm, yollarında çənəmsə

    Öldür məni, günahkarı mənəmsə

    Bu gözəlin nisgili var, İlahi!

                                               Əlövsət SALDAŞ

     

    Müəllif: Redaktor, 11:04

İsmarıclar bağlıdır.