Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen

                                                                                      AY XANIM NƏNƏLƏR, XATIN NƏNƏLƏR

                                                                 (Əlövsət Saldaşın “A köhnə kişilər, köhnə kişilər” şeirinə cavab)

     

    Əlimiz uzalı qalıb ismətə,

    Tuş oldu ömrümüz hansı qismətə?

    İndiki nənələr gəlmir nisbətə,

    Ay xanım nənələr, xatın nənələr.

    Hər tərəf qan-qada, hər tərəf şivən,

    Qəhətə çəkilib etibar, güvən.

    Barmaqla sayılır sevilən, sevən,

    Ay xanım nənələr, xatın nənələr.

     

    Hanı ismət dolu həyalı çağlar?

    O   namus yaylıqlar, qeyrət papaqlar?

    Gəlin, dilinizdə dinsin bulaqlar,

    Ay xanım nənələr, xatın nənələr.

    Qızlar sinə açıq, gəlinlər boya,

    Hardadır o ismət, o abır-haya?

    Şeytan da mat qalıb belə dünyaya,

    Ay xanım nənələr, xatın nənələr.

    Gəlin, bir səhmana salın dünyanı,

    Bu sərsəm, ağıldan yalın dünyanı .

    Ölümün cəngindən alın dünyanı.

    Ay xanım nənələr, xatın nənələr.

     

    Hənələr dünyanın başında tacdır,

    Gəlin, zəmanəmiz sizə möhtacdır,

    Ürəklər qayğıya, sevgiyə acdır,

    Ay xanım nənələr, xatın nənələr.

     

    Getdi sizin ilə urvatlı dünya,

    Quranlı, İncilli, Tövratlı dünya.

    O şirin nağıllı, ovqatlı dünya…

    Ay xanım nənələr, xatın nənələr.

    On iki taxtalı tumanlar getdi,

    Sevgiyə, vəfaya gümanlar getdi.

    Sizinlə birlikdə imanlar getdi,

    Ay xanım nənələr, xatın nənələr.

     

    Gəlin, özünüzü yetirin, gəlin,

    Qucaq nənnimizi gətirin, gəlin.

    O uşaq Tofiqi götürün, gəlin,

    Ay xanım nənələr, xatın nənələr,

    Ay xanım nənələr, xatın nənələr.

                             Tofiq YUSİF

     

    Müəllif: Redaktor, 11:11

İsmarıclar bağlıdır.