Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen

    Mövsüm dəyişikliyi zamanı insan orqanizmində immunitet zəifliyi yaranır. Bunun nəticəsində bronxit, astma, qrip və soyuqdəymə kimi müxtəlif xəstəliklər əmələ gəlir.

    Payız xəstəlikləri bəzi insanlarda özünü halsızlıq, yorğunluqla büruzə versə də, bəzilərində yuxusuzluq, iştahsızlıq, depressiya ilə müşahidə olunur.
    Yaşlı nəslin nümayəndələrinə, eləcə də ürək-damar, təzyiq oynaması xəstəliklərindən əziyyət çəkənlərə qrip peyvəndi olmalarını məsləhət görürlər. Hər bir fəslin özünəməxsus xəstəlikləri olsa da, payız soyuqdəymə ilə başlayan və ağır fəsadlar yarada bilən xəstəliklər fəslidir. Payızda xəstəliklərə yoluxma ehtimalını azaltmaq üçün yayın sonlarından orqanizmə ciddi qulluq etməyi məsləhət görürlər. Bununla yanaşı immuniteti gücləndirmək üçün A və C vitaminləri ilə zəngin olan meyvə-tərəvəz, südqatıqla qidalanmaq məsləhətdir. Havalar soyuqlaşdığı üçün bədənimizin enerjiyə olan tələbatı artır. Bu səbəbdən çox yemək istəyi meydana gəlir. Payızda artıq çəki yığmamaq üçün gün ərzində 5 dəfə, amma az-az yemək lazımdır. Payız fəslinə keçid ürək-damar xəstələrində tarazlığı poza, onlarda ağrıları intensivləşdirə bilər. Düzdür, soyuq ürəyə təsir etmir, amma havaların dəyişməsi insana psixoloji təsir göstərdiyindən, ürək xəstəlikləri də məhz bu dövr-də üzə çıxır. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər idmanla məşğul olmağa, gündə yarım saat gəzintiyə üstünlük versələr, xəstəlikləri ağırlaşmaz. Havaların soyuması nəticəsində yaranan xəstəliklərin qarşısının alınması üçün qida rasionuna diqqət yetirmək lazımdır. Payızda infeksion xəstəliklərin də sayı artır. Hava bir balaca soyuyan kimi insanlar arasında qrip, bronxit, astma, sətəlcəm, pnevmoniya və s. xəstəliklər yayılmağa başlayır. Uşaqlar, süd verən analar, hamilələr, qocalar və xroniki xəstəliyi olan insanlar payızda sağlamlıqlarının qorunması üçün düzgün qidalanmalıdır. Çünki ani hava dəyişkənliyi bədəndə vitamin və minerallara ehtiyac yaradır. Biz bu ehtiyacları qida vasitəsilə ödəməyə çalışımalıyıq. Kök, bibər, göyərtilər, ağartı məhsulları mütləq gündəlik qida rasionuna salınmalıdır. Bundan əlavə, təbii meyvə şirələrinə (ev şəraitində ha-zırlanmış) üstünlük vermək lazımdır. Təbii bitki çayları, salatlar da bədənin vitamin ehtiyacını ödəyir.
    Ət, süd, toyuq, balıq, qaraciyər, kişmiş, qoz ləpəsi immuniteti artırmağa yardım edən qidalardandır. Üzüm, nar, qırmızı giləmeyvə, moruq xəstəliyə tutulma riskini azaldır. Soğan və sarımsaq anti-biotik tərkibinə malik olduğu üçün payızda yayılan soyuqdəymə xəstəliklərinin tez sağalmasına yardım edir.
    Payız xəstəliklərindən qorunmağın yollarından biri də gigiyena qaydalarına əməl etməkdir. Xəstə insanlarla təmasdan uzaq olmaq, ictimai nəqliyyatda diqqətli olmaq, çirkli əllərlə qidalanmamaq sizi xəstəliklərdən qoruya bilər.
    Qrip
    Ən ciddi payız xəstəliyi qripdir ki, bundan qorunmaq üçün kütlədən uzaq olmaq, şəxsi gigiyenanı qorumaq və immuniteti stimullaş-dırmaq lazımdır.
    Sistit
    Havaların soyuması sistit xəstəliyinin aktivləşməsinə gətirib çıxarda bilər. Sidik kisəsinin soyuqdəyməsi nəticəsində ağrılar hiss olunur. Bundan qorunmağın ən birinci yolu havaya görə geyinmək və profilaktik müalicə almaqdır.
    Ürəyin payız xəstəlikləri
    Dərəcələrin qəfil dəyişməsi, atmosfer təzyiqinin artması stenokardiya, hiportanik krizis, işemiya xəstəliklərinə səbəb ola bilər. Bu xəstəliklərə meyilli olan insanlar havada çox qalmalı, damarların sağlamlığı üçün bitki çaylarından içməlidirlər.
    Payız allerqiyası
    Payızda açan güllərin tozu, toz gənələri, kif allerqiyaya səbəb olur. Profilaktika üçün oturduğunuz və yaşadığınız yeri nəm əski ilə hər gün silin, allerqiyaya qarşı dərman preparatları qəbul edin.
    Xora xəstəliyi
    Xora xəstəliyinin sərtləşməsi yeni rejimə keçməsi, düzgün qidalanmamaq, avitaminoz, depressiya ilə əlaqədardır. Qarşısını al-maq üçün pəhriz saxlamalı, qazsız mineral sular içməlisiniz.
    Payız dəri xəstəlikləri
    Bu xəstəliklər müxtəlif mikroorqanizmlərin nəticəsində baş verir: göbələk, viruslar. İmmunitetin zəifləməsi nəticəsində orqanizmin soyuqdəyməsi bu tip xəstəliklərə gətirib çıxarda bilir. Tez sağalmaq üçün pəhriz saxlanılmalı, yetərincə yuxu və istirahət edilməlidir, stresdən uzaq durulmalıdır.
    Mövsümü hipotireoz
    Payız mövsümündə qalxanvarı vəzi hormonlarının sayı azalır. Xroniki yorğunluq, əhval-ruhiyənin tez-tez dəyişməsi, mialgiya, çəki artımı, oynaqlarda ağrı. Belə problemlər yaranarsa endokrinoloqa müraciət etmək məsləhətdir. Profilaktika üçün dəniz məhsulları və yodlaşdırılmış duzdan çoxlu istifadə etmək lazımdır.
    Əsəb sisteminin payız xəstəlikləri
    Günəşli günün azalması, ultrabənövşənin çatışmamazlığı, payız çirki və nəmişliyi insanın kefini pozur. Payız mövsümü nevrozun, psixozun, yuxusuzluğun, narahatlığın və əsəbiliyin artdığı dövrdü. Özünüzü hər şeyin yaxşı olduğuna inandırın.

    Müəllif: Redaktor, 11:18

İsmarıclar bağlıdır.