Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Noy

    Изображение 007Bu günlərdə Tərtər Rayon Məşğulluq Mərkəzi Seydimli kənd tam orta məktəbində ”Peşəyönümlü məsləhətlər” mövzusunda konfrans keçirib. Tədbirdə məktəbin müəllimləri, valideynlər, yuxarı sinif şagirdləri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə məktəbin direktoru Nurəddin İbrahimov açıb. Sonra mərkəzin direktoru Azər Ağayev mövzu ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, belə tədbir rayonumuzda 7-ci dəfədir ki, keçirilir. Əsas məqsəd yuxarı sinif şagirdlərinin orta məktəbi bitirdikdən sonra əmək bazarının tələbinə uyğun, ən çox tələbat olan peşələr üzrə düzgün seçim etmələridir.
    Bazar iqtisadiyyatı şəraitində gənclərin peşəyönümü və şüurlu yaradıcı əməyə hazırlanmaları mühüm əhəmiyyət kəsb etməklə yanaşı, gənclər arasında peşə və ixtisaslara meylləri formalaşdırır, onları istiqamətləndirir. Vətəndaşların maraq və meyllərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işəgötürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb edir.
    Gənc və yeniyetmələrin peşə seçimində ailədə valideynlərin, məktəbdə müəllimlərin tövsiyələri mühüm şərt hesab olunur.
    Konfransda mövzu ilə bağlı mərkəzin baş məsləhətçisi Sənan Səmədzadə, aparıcı məsləhətçi Qədir Ələkbərov çıxış ediblər. Məktəbin yuxarı sinif şagirdləri peşələr haqqında danışıblar. Qasım Qasımov hərbiçi, Həcər Ələkbərli və Nigar Qurbanzadə müəllim peşələrini seçəcəklərini bildiriblər.

    Əvəz NƏSİROV

    Müəllif: Redaktor, 13:25

İsmarıclar bağlıdır.