Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen

    Nazirlər Kabineti yanında Operativ qərərgahın göstərişinə əsasən rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 59 mobil qrup yaradılıb.

    Mobil qrupun üzvləri tərəfindən koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında təbliğat işlərinin aparılması ilə bağlı növbəti dəfə reyd keçirilib.
    Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, mərkəzi bazar ərazisini, fəaliyyət göstərən ictimai-iaşə, ticarət obyektlərini və ictimai nəqliyyat vasitələrini əhatə edib.
    Reyd zamanı sakinlərlə əhalinin sıx olduğu məkanlarda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Keçirilən reyd nəticəsində karantin rejiminin qaydalarına riayət etməyənlər barəsində müvafiq tədbirlər görülüb.

    Müəllif: Redaktor, 11:52

İsmarıclar bağlıdır.