Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim- tərbiyyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə əlaqədar videokonfrans keçirib. Konfransda ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər tərbiyyə müəssisələrinin müdirləri, yüksək bal toplayan məzunlar, rayon təhsil şöbəsinin müdiri, rayon mərkəzi xəstəxanası üzrə Publik hüquqi şəxsi, Gigiyena və Epide-miologiya Mərkəzinin rəhbər şəxsləri iştirak etmişlər.

    Videokonfransı açan rayon rəhbəri əvvəlcə yeni dərs ilinin baş-lanması münasibəti ilə konfrans iştirakçılarını təbrik etmiş, onlara yeni dərs ilində müvəffəqiyyətlər diləmişdir. Rayon rəhbəri bildirmişdir ki, bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir vaxtda respublika Prezidenti cənab İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində respublikamızda qonşu ölkələrlə müqayisədə itkilər az olmuşdur. Əhalinin sağlamlığı, sosial durumu daim diqqət mərkəzində saxlanılır.
    İcra başcısı bildirmişdir ki, rayonumuzda bu günə kimi 2526 test aparılmış, 88 yoluxma qeydə alınmış, bunlardan 84 nəfəri sağalmış, 2 nəfəri vəfat etmiş, 2 nəfəri isə hazırda evdə müalicə alır. Yoluxma sayı çox olan kəndlərin adları da qeyd olunmuş, hər kəsə diqqətli olmaq, gigiyenik qaydalara riayət etmək tövsiyə edilmişdir.

    Qeyd olunmuşdur ki, məktəblərdə tədris prosesindən başqa kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilməyəcək.
    Nazirlər Kabinetinin qərar və tövsiyələrinə əsasən ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində şəxsi gigiyenik qaydalara əməl edilməli, dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri vasitələrlə təmin edilməlidir. Məktəb və bağçalarda müəllimlər, tərbiyəçilər, şagirdlər və uşaqlarla ünsiyyətdə olan hər kəs qoruyucu maskalardan istifadə etməli, uşaqların gündəlik temperaturları ölçülməlidir. Məktəblərə, tibb bacısı ştatı olmayan körpələr evi-uşaq bağçalarına həkimlər təhkim olunmalı, gündəlik müayinələr keçirilməlidir. Valideynlər uşaqlarda hərarətin qalxması, dadbilmənin itməsi, öskürək olarsa onları məktəbə buraxmamalıdır. Məktəblər və bağçalar vaxtaşırı dezinfeksiya olunmalı, sanitar qovşaqların təmizliyinə diqqət artırılmalıdır, daimi su ilə təmin olunmalıdır.
    Sonra icra başçısı yüksək bal toplayan məzunların hər birini ayrıca təbrik edib, onlara öz tövsiyələrini verdi, ötən tədris ilində olduğu kimi, bu tədris ilində də birinci semestri əla qiymətlərlə başa vuran tələbələrin hər birinə öz aylıq əmək haqqından 100 manat təqaüd verəcəyini bildirdi.
    Rayon rəhbəri respublika Prezidentinin Sərəncamı ilə Xoruzlu kənd və şəhər 5 saylı tam orta məktəblərinin tikintisi üçün layihə smeta sənədlərinin hazırlandığını bildirərək həmin məktəblərin mü-əllim və şagird kollektivlərini təb-rik etdi.
    Sonra rayon təhsil şöbəsinin mü-diri Yaşar Məhərrəmov, rayon mərkəzi xəstəxanası üzrə Publik hüquqi şəxsi, direktor Yaşar Hüseynov, Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Musa Əliyev, məktəb direktorları Seymur İbrahimov, Gülarə Əkbərova, Arzu Babayeva, Azad Abbasov, Dilşad Məmmədova, Rafiq Səfərov, Rəfail Abbasov, Rüfət İsmayılov, Eldəniz Əsgərov, Rəşad Şahbazov, Tofiq Hacıyev, körpələr evi-uşaq bağçalarının müdirləri Mahirə Quluyeva, Kəmalə Həsənova, Kəmalə Rəfiyeva, Nigar Məmmədova, Hicran Hüseynova, Nətavan Məmmədova çıxış edərək yeni tədris ilinin başlaması münasibəti ilə müəllim və şagirdləri təbrik etmişlər. Videokonfransı rayon icra hakimiyyətinin başçısı yekunlaşdıraraq əlaqədar qurumlara Nazirlər Kabinetinin qərar və tapşırıqlarına ciddi riayət olunmasını tövsiyə etdi.

    Müəllif: Redaktor, 11:55

İsmarıclar bağlıdır.