Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

                                                                                                            Suqovuşan
    Suqovuşan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
    Kənd 3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Madagiz adlandırılan bu kəndin adı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır.
    Kənd ərazisində Suqovuşan su anbarı və Madagiz 1 su elektrik stansiyası yerləşir. Aprel döyüşləri zamanı elektrik stansiyası və balıqartırma zavoduna ziyan dəysə də, onlar sonradan yenidən bərpa ediliblər. Suqovuşan kəndindəki su anbarından gələn suyun qarşısı Erməniıər tərəfindən qəsdən kəsildiyinə görə Tərtər, Bərdə, Goranboy və Yevlax rayonlarının əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranırdı. İndi isə su anbarı işğaldan azad olunduğuna görə həmin əkin sahələrində bol məhsulun yetişdirilməsinə zəmin yaranmışdır.

                                                                                                                 Talış
    Talış — Azərbaycan Res-publikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənddir. Talış kəndi cəbhə xəttinə çox yaxın ərazidə yerləşir.
    Bu kənd XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Talış kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Tərtər rayonunun tabeliyinə verilmişdir. Talış kəndi Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı iyunun 16-da kənd erməni işğalçılarından azad edilib. Hücum zamanı Azərbaycan Ordusunun cəmi 1 əsgəri yaralanmışdı. Lakin 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən nəzarət altına alıblar.
    2 aprel 2016-cı il tarixdə Talış kəndinin ətrafındakı strateji yüksəkliklər Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı ermənilərdən tam geri alınıb. Son-rakı günlərdə Talış kəndində yaşayan 90 erməni ailəsi kəndi tərk edərək Ermənistana qaçıb. Məlumata görə, atəşkəs elan olunandan sonra 370 erməni Talış kəndindən gedib.
    3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
                                                                                                                                                   “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:02

İsmarıclar bağlıdır.