Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    21-ci əsrdə baş verən koronavirus infeksiyası (COVID-19) pandemiyası (törədici SARS-CoV-2 virusu) 2019-cu ilin dekabr ayında Çində başlamış və hazırda bütün dünyaya yayılmaqda davam edir. Azərbaycan daxil olmaqla, bütün dünyada koronavirus infeksiyasına tutulmuş xəstələr arasında COVID-19-un uşaqlar üçün böyüklərə nisbətən yüksək risk təşkil etmədiyi müəyyən edilmişdir. Bəzi uşaqlar və körpələr COVID-19 ilə xəstələnsə də, bu günə qədər xəstələnmə hallarının əksəriyyətini böyüklər təşkil edir. Lakin koronavirus infeksiyası pandemiyası uşaqlarda emosional dəyişikliklərin yaranmasına səbəb olur. Bu özünü iştahsızlıq, narahatlıq, qorxu, qəmginlik, diqqəti toplamaqda çətinlik, stress və s. əlamətlər ilə göstərir. Uşaqlarda belə dəyişikliklər müşahidə edən valideynlər, böyüklər biganə qalmamalı, onların aradan qaldırılmasına dəstək olmalıdırlar.
    Koronavirus xəstəliyinin əlamətləri uşaqlarda və yetkinlərdə eynidir. Bununla yanaşı, COVID-19 təsdiqlənmiş olan uşaqlarda, ümumiyyətlə, yüngül əlamətlər müşahidə olunur. Xəstəlik onlarda qızdırma, burun axması və öskürək kimi soyuqdəymə simptomları ilə təzahür edir. Bu simptomlara qusma və ishal əlamətləri da qoşula bilər. Bununla yanaşı, aşağıda göstərilən xəstəlikləri olanlar və xüsusilə də yaxşı nəzarət edilməyən pasiyentlər ağır gedişli respirator xəstəliklər, o cümlədən koronavirus infeksiyası üçün yüksək risk qrupuna aid edilirlər:
    – Xroniki ağciyər xəstəliyi və ya orta ağır dərəcədə astma;
    – ciddi ürək xəstəlikləri;
    – immun çatışmazlığı;
    – diabet;
    – xroniki böyrək xəstəliyi;
    – qaraciyər xəstəliyi.
    Unutmayın ki, viruslar insanın irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsə yoluxa bilər. Kimin COVID-19-a yoluxa biləcəyi ilə bağlı fərziyyələrdən çəkinin;
    Ancaq dürüst və dəqiq olan məlumatı uşaqlara çatdırın. COVID-19 “korona-virus xəstəliyi 2019” üçün qısa addır. Yeni bir virusdur. Həkimlər və elm adamları hələ bunu öyrənirlər. Hə-kimlərin və dövlətimizin hamının təhlükəsiz və sağlam qalması üçün çox çalışdıqlarını xatırladın.
    Uşaqları və məktəb işçilərini qorumağa kömək etmək üçün məktəbdə tətbiq edilən hər bir yenilikləri müzakirə edin (məsələn, əl yumanın çoxaldılması, tədrisin müvəqqəti dayandırılması, tədbirlərin və ya fəaliyyətlərin ləğvi və s.).
    COVID-19 virusunun yayılmasını dayandırmaq, uşaqların özlərinin və başqalarının xəstələnməkdən qorunaraq sağlam qalmaları üçün gigiyena qaydalarına riayət edilməsinin vacibliyini izah edin.
    Uşaqlara öskürən və ya asqıran, yaxud da xəstə olan insanlardan uzaq durmağın önəmliyini açıqlayın;
    Onlara öskürdükdə və ya asqırdıqda quru salfetin içinə və ya dirsək bükümlərinə doğru ağızlarını yönəltmələrini, sonra həmin salfeti dərhal zibil qutusuna atmalarını xatırladın.
    Uşaqları əl yuma vərdişinə alışdırın:
    * əlləri tez-tez sabun və su və ya spirt əsaslı əl dezinfeksiyaedici maddələr (dezinfektanlar) istifadə edərək təmizləmək. Xüsusən də ictimai yerdə olduqdan və ya burunu üfürdükdən, öskürdükdən və ya asqırdıqdan sonra əllər sabun və su ilə ən azı 20 saniyə yuyulmalıdır. Sabun və su olmadığı təqdirdə ən az 60% spirt əlavə edilmiş əl təmizləyici vasitələrindən istifadə edilə bilər;
    * lazım gələrsə, yuyula bilən uşaq oyuncaqları da daxil olmaqla əşyaların yuyulması;
    * yuyulmamış əllərlə üz, ağız, burun və gözlərinə toxundurmamağın virus və mikrobların bədəndən kə-narda qalmasına kömək etməsini izah edin;
    * uşaqları hər şeyi təmiz saxlamaları, evdə və məktəbdə masalar, qapı dəstəkləri, işıq keçiriciləri və uzaqdan idarəetmə kimi ən çox toxunulan əşyaları təmizləməkdə böyüklərə kömək etməyə həvəsləndirin;
    * xüsusilə məktəblərdə və uşaq müəssisələrində spirtli içkilərin udulmasının qarşısını almaq üçün əl dezinfektanı vasitələrindən istifadə edərkən gənc uşaqlara nəzarət edin;
    karantinlə əlaqədar sosial uzaqlaşma zamanı uşaqlarınızın dostları və məktəb yoldaşları ilə sosial əlaqələrini qorumaları üçün telefon və ya videodanışıqlar qurmalarına kömək edin.
    COVID-19 virusu haqqında məlumatları sadələşdirməyə çalışın. Məsələn, son zamanlarda bu virus çox insanı xəstə etdi. Elm adamları və həkimlər insanların əksəriyyətinin, xüsu-sən də uşaqların yaxşı olacağını düşünürlər, lakin bəzi insanlar bu virusla möhkəm xəstələnə bilər. COVID-19 özünü müxtəlif insanlarda fərqli göstərə bilir. COVID-19 ilə xəstələnmiş bir çox insanda bu, bir qədər qrip xəstəliyinə bənzəyir. Onlarda qızdırma, öskürək və ya dərindən nəfəs almaqda çətinlik ola bilər. COVID-19-a yoluxmuş insanların çoxu xəstəliyi ağır keçirmirlər. Yalnız yoluxanların kiçik bir qrupu daha ciddi problemlər yaşayır. Həkimlərin bu günə qədər olan müşahidələrinə görə uşaqların əksəriyyəti xəstələnmir. Bir çox böyüklər xəstələnsə də, onların da əksəriyyəti sağalır. Hətta əgər uşaqlar xəstələnsə belə, bu, o demək deyil ki, onlarda COVID-19 var. İnsanlar hər növ viruslardan və mikroblardan xəstələnə bilər. Unutmamalı, mühüm şey odur ki, əgər siz xəstələnsəniz, həkimlər və evdəki böyüklər sizə lazım olan hər bir köməyi göstərəcəklər.
    Qeyd olunan prinsiplər əsasında qurulan söhbətlər uşaqlara müsbət təsir göstərir və onlarda koronavirus pandemiyası nəticəsində yaranmış emosional dəyişikliklərin aradan qaldırılmasına yardım edir.
    Koronavurus xəstəliyi zamanı uşaqlarda yalnız yüngül simptomlar ola bilər, lakin virusu daha yüksək riskli şəxslərə, o cümlədən yaşlılara və ciddi tibbi problemləri olan insanlara keçirə bilərlər. Ona görə uşaqlarınızın koronavirus ilə xəstələnməsindən şübhələnirsinizsə, dərhal tibb müəssisəsinə zəng edərək onlara bildirin.

    Müəllif: Redaktor, 10:11

İsmarıclar bağlıdır.