Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    Möhtərəm Prezident, yenilməz Sərkərdə!
    Siz İkinci Qarabağ müharibəsinin-Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində vətəndaşlarımızın qürur mənbəyinə çevrildiniz. Qardaş Türkiyə xalqının mənəvi dəstəyinə arxalanaraq illərdi qaçqın adı altında yaşayan insanları əsir torpaqlarımızı işğaldan azad edərək hamını sevindirdiniz. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin sözləri ilə desək:
                                                                           Bir ananın iki oğlu,
                                                                           Bir ağacın iki qolu,
                                                                           Oda ulu, bu da ulu
                                                                           Azərbaycan-Türkiyə
    Hər iki qətiyyətli şəxsiyyətin birliyi və müzəffər Ordumuzun cəsarəti ilə yeni tarixə imza atıldı. Mənfur düşmən təslim edildi, torpaqlarımızın ərazi bütövlüyü özünə qaytarıldı.
    Məlumdur ki, bizim Qəhrəman Tərtər rayonunun sakinləri də Sizin söylədiyiniz hər bir sözə dəstək oldu və qələbə uğurlarınızı yüksək əhval-ruhiyyə ilə qarşıladı. “Qarabağ Azərbaycandır!” – deməklə bizdə sonsuz inam yaratdınız.
    Bu gün Ali Baş Komandan olaraq Sizinlə qürur duyuruq və Azərbaycan vətəndaşı olmağımızla fəxr edirik.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ulu Türk xalqının lideri Rəcəb Tayyib Ərdo-ğan qardaşlığı bir daha biz sadə vətəndaşları inandırdı ki, bu birlik əbədidir, sonsuzdur. Bu birlik 27 sentyabr 2020-ci il tarixdən Qarabağ uğrunda gedən savaşda işğalın 30 illik acı nəticələrini yaşayan xalqımızın inam və iradəsində duyuldu. Doğrudur, şəhər və kəndlərimiz dağıldı, doğma od-ocaqlarımız talan edildi, mərd, cəsur oğullarımız şəhid oldu, sağlamlığını itirdi. Lakin xalqımızın inam və iradəsi sarsılmadı. İnandı ki, bu ulu turk xalqlarının başında güclü şəxsiyyətlər dayanıb.
                                                                         Bir millətik, iki dövlət
                                                                          Eyni arzu, eyni niyyət
                                                                          Hər ikisi Cümhuriyyət
                                                                          Azərbaycan-Türkiyə
    Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Yaşasın müzəffər, şanlı Ordumuz!
    Yaşasın İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qardaşlığı!
                                                                                                                                 Məhyəddin Kərimov,
                                                                                                                                   Tərtər şəhər sakini

    Müzəffər Ali Baş Komandan!
    Beynəlxalq aləmdə apardığınız uzaqgörən siyasəti-niz və çoxtərəfli diplomatik gedişlərinizlə, Ali Baş Komandan kimi qətiyyətiniz, dönməzliyiniz və yüksək sərkərdəlik qabiliyyətinizlə Sizin Azərbaycan xalqının tarixinə yazdığınız şanlı Qələbəniz bizim kollektivin üzvlərini də hədsiz sevindirdi. Tərtər şəhərinə göstərdiyiniz yüksək qayğını və onun ünvanına söylədiyiniz xoş sözləri özümüzə bir sipər, alınmaz qala kimi qəbul edən melioratorlarımız döyüş günlərində daim Ordumuzun yanında olaraq öz fəaliyyətini daha əzmlə yerinə yetirmişdir.
    Müzəffər Ali Baş Komandan, əbədi Prezidentimiz, qoy uca Tanrı Sizi, ailənizi və şanlı Ordumuzu qorusun!

                                                                                                                                                Hörmətlə,
                                                                                                                                                Əli Əliyev
                               Tərtər rayonu Subartezian Quyularının İstismarı İdarəsinin rəisi
                                                                                                                                             Tərtər şəhəri.
    Hörmətli Prezident, cənab Ali Baş Komandan!
    Mən Tərtər rayonunun Kəngərli kəndində anadan olmuşam, ali təhsilliyəm, ehtiyatda olan zabitəm. Ha-zırda məhkumluq həyatı yaşayıram.
    Cənab Prezident, cəbhədə əldə olunan uğurlara, rəşadətli Ordumuzun apardığı şücaətli döyüşlərə, əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlara görə Sizə, igid əsgər və zabitlərimizə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı Sizin kimi müdrik, eləcə də xalqını, Vətənini sevən, vətəndaşlarının qayğısına qalan rəhbəri olduğuna görə çox xoşbəxtdir. Sizin varlığınız və daim bizimlə birlikdə olmağınız üçün Allaha şükür və dua edirik. Hər dəfə qələbə xəbərlərini Sizdən eşidəndə, erməni işğalçıları barədə sərt bəyanatlarınızı dinləyəndə Sizinlə bir daha fəxr edirik.
    Mən müəssisənin kollektiv məhkum şurasının sədriyəm. Məhkumlar arasında aparılan işlər zamanı müşahidə edirəm ki, bütün məhkumlar Sizin qətiyyətli addımlarınızı dəstəkləyir və Vətənimizin bu şanlı qələbə günlərində öz töhfələrini vermək üçün könüllü kimi torpaqlarımızın müdafiəsinə hazır olduqlarını bildirirlər. Hətta məhkumlar Müdafiə Nazirliyinə müraciət edərək yaralılar üçün qan verməyə hazır olduqlarını da söyləmişlər.
    Cənab Ali Baş Komandan! Biz Sizə güvənirik, Sizinlə fəxr edirik! Nə yaxşı ki, varsınız! Nə yaxşı ki, dövlətimizin rəhbəri, Silahlı Qüvvələrimizin Ali Baş Komandanısınız! Bütün varlığımla inanırdım ki, biz Qələbə çalacağıq!
    Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
                                                                                                                                                Hörmətlə,
                                                                                       Məmmədov Əhliman Məhəmməd oğlu,
                                                                                                                                                  Məhkum.

    Müzəffər Ali Baş Komandanımız! Tarixin gəlmiş keçmiş ən qürürverici Prezidenti!
    Sizin əmriniz və mənəvi dəstəyiniz sayəsində Ordumuz bu gün möhtəşəm qələbə çalıb. Bu gün hər birimiz bir əsgərik. Vətənimizin və Sizin yolunuzda gözümüzü qırpmadan ölümün üstünə getməyə hər an ha-zırıq!
    Siz dünyada Azərbaycanın heç kimə boyun əyməyəcəyini, heç bir gücün bizim iradəmizi sındıra bil-məyəcəyini sübut etdiniz. Sizinlə qürur duyuruq. Tərtər camaatı adından Sizə dərin sevgimizi və minnətdarlığımızı çatdırıram.
    Siz müdrik və qətiyyətli Prezidentsiniz! Amma Paşinyan düşük kimi özünü və millətini alçaltmaqdan başqa heç nə bacarmır. Siz isə tarix yazırsınız. 44 gün ərzində hər gün millətimizə qələbə xəbərləri çatdırdınız. Biz Sizə inanırıq, güvənirik! Sizin arxanızda bü-tün dünya azərbaycanlıları dayanıb. Hamılıqla Sizi sevirik! Sizin kimi Prezidentimiz olmasından qürur duyuruq! Siz Azərbaycanın gücünü həm siyasi meydanda, həm də döyüş meydanında sübut etdiniz. Azərbaycan artıq sürətlə inkişaf edir və Avrasiyanın mərkəzində Günəş kimi parıldayır.
    Təbii ki, bəzi kəslər Sizi dayandırmağa çalışırdı. Amma Siz heç bir təsirə məhəl qoymur, iradənizin və Ordumuzun gücü ilə torpaqlarımızı xilas etməyə davam edirdiniz. Biz də xalq olaraq bundan qürür duyuruq. Sizi daha da çox sevirik. Azərbaycan Sizinlə var olacaq!
    Çox yaşa cənab Prezident!
                                                                                                                                                Hörmətlə,
                                                                                                       İmanquliyev İlkin Zakir oğlu,
                                                                                                                                           Tərtər şəhəri.

    Hörmətli Prezident, müzəffər Ali Baş Koman-dan!
    Sizin komandanlığınızla Erməni faşistlərinin üzərindəki tarixi qələbəmiz bizi hədsiz qürurlandırdı. İnanın ki, işğal altında olan torpaqlarımızın azad olunma xəbərini eşitdikcə sevinc göz yaşlarına qərq olurduq. Vətənini, xalqını sevən bir vətəndaş kimi cəbhədə erməni quldurlarının yaratdığı böyük təxribatdan dərhal sonra könüllü şəkildə orduya yazılmışam və hər zaman müsəlləh əsgərəm.
    Biz hər zaman Sizinləyik. Siz Azərbaycan tarixində böyük xidmətlər göstərən dəyərli siyasi xadimsiniz. İnşallah, Sizi doğma Qarabağımızda, Kəlbəcərimizdə səbirsizliklə gözləyəcəyik. Allah bu məsuliyyətli, gərgin işinizdə Sizə yardım etsin. Var olun!
                                                                                                                                              Hörmətlə,
                                                                                                                                       Valeh Əbilov
                                                                                                                                    Şıxarx qəsəbəsi.

    Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan!
    Son zamanlar ölkəmizdə baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycanın güclü Ordusu və xalqımıza rəhbərlik edən müdrik, cəsur siyasi lideri var. Ordumuz döyüş meydanında, Siz isə siyasi arenada mənfur düşmənimizi məğlub etdiniz.
    Bu gün biz, Qəhrəman Tərtərin sakinləri, hər birimiz öz işimizdə bir əsgərik. Mənim şagirdlərim döyüş meydanlarında düşmənə qan uddurdu.
    Sizin televiziyadakı çıxışlarınızı və müsahibələrinizi hər an izləyirik. Qətiyyətli mövqeyiniz bizdə həmişə ruh yüksəkliyi yaradıb. Hər dəfə yumruğunuzu sı-xıb, “Qarabağ Azərbaycandır!”- deyəndə Sizinlə qürur duyuruq.
    Bu gün Qəhrəman tərtərlilər xain düşmən üzərində qələbəyə həddindən çox sevinir. Biz Ordumuza və Sizə həmişə sonsuz güvənmişik. Nə xoşbəxtəm ki, azərbaycanlıyam! Nə xoşbəxtəm ki, Sizin kimi qüdrətli Ali Baş Komandanım var!
    Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
                                                                                                                                               Hörmətlə,
                                                                                                                                Gülnar Tağıyeva
           Rövşən Kərimov adına Sarov kənd tam orta məktəbinin coğrafiya müəllimi

    Müəllif: Redaktor, 11:49

İsmarıclar bağlıdır.