Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Dek

    Hörmətli oxucular, Sizə keçmiş döyüşçülərdən–Tərtər könüllülərindən biri barəsində danışmaq istəyirəm.
    Əliyev Əlibaba Şafa oğ-lu 1969-cu ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Orta məktəbi qurtardıqdan sonra 1987-ci ildə hərbi xidmətə çağırılıb. Tank batalyonunda tankçı olub. 1988-ci ildə Polşa ordusu Sovet ordusuyla yarışmaya gələn vaxt o da yarışda iştirak edib. Yaxşı nəticə göstərdiyinə görə həmin tank ekipajı Əlibabanın sayəsində mükafatlandırılıb. Əlibaba “qvardiya” nişanıyla təltif olunub. Sonrakı əsgərlik müddətində də “Sovet ordusu əlaçısı” döş nişanıyla mükafatlandırılır. Hərbi xidməti bitirdikdən sonra kolxozda işləyir. Vətənimizin ağır günlərində o da 1992-ci il mart ayının 25-də könüllü olaraq Tərtər Özünümüdafiə Batalyonuna yazılıb.
    Azərbaycanın qeyrətli oğullarıyla çiyin-çiyinə vuruşub. Birinci dəfə “Marquşevan əməliyyatı”nda iştirak edib. Bu əməliyyata qorxubilməz döyüşçülərimizin fədakarlığı nəticəsində düşməni kənddən çıxardırlar. Çox çəkmir ki, düşmən güclü qüvvə ilə geri qayıdır. Bu zaman döyüşçülərimiz mühasirəyə düşmək qorxusu ilə üz-üzə qalırlar. Lakin bu döyüşdə şücaət göstərərək mühasirəyə düşməkdən xilas olur və kəndi birdəfəlik azad edirlər.
    Əlibaba Əliyev ikinci dəfə Həsənqaya, Çaylı kəndləri uğrunda döyüşlərdə iştirak edir. Bir dəfə hərbi əməliyyatı yerinə yetirmək üçün hücuma keçirlər. Taxıl zəmisinin içində düşmən onları yuxarıdan güllə-barana tutur. Onlar məcbur qalıb, zəminin içində palçığa uzanırlar. Güllələr gözlərinin qabağında palçığa batırdı. Amma döyüşçülərimiz qorxmadan bu vəziyyətdən çıxıb, irəliləyirlər. Komandirləri də onlarla bərabər vuruşurdu. Bu, Azərbaycanın milli qəhramanı, batalyon komandiri Elman Hüseynov idi. Hər kəs onun döyüşçülərə necə can yandırdığının, necə vuruşduğunun şahidi idi. Döyüşçülərimiz bəzən Tərtər çayını sinəyə qədər suyun içində keçirdilər. Gərgin döyüşlər nəticəsində Həsənqaya, Çaylı kəndləri bir gündə Ermənilərdən təmizləndi. Həmin kəndlərin alınma-sında göstərdiyi şücaətə görə isə Əlibabaya kiçik çavuş hərbi rütbəsi verildi.
    Əlibaba Əliyev sonra Madagiz istiqamətində gedən vuruşmalarda Milli qəhraman Vəzir Orucovun necə döyüşdüyünün şahidi olur. Bölmə Komandiri Yaşar Məmmədov da həmişə döyüşənlərə can yandırırdı. Döyüş yoldaşı Şükür Qasımov Qarabağ əlilidir.
    Əlibaba Əliyevin dediklərindən:
    –Döyüş yoldaşları ona “Seyid” deyə müraciət edirdilər. Biz ailəliklə döyüşmüşük. Kiçik qardaşım 1992-1996-cı illərdə həqiqi hərbi xidmətdə olub, ortancıl qardaşım Qarabağ müharibəsi əlilidir, qaynım Şəhid olub, əmim Mirfəttah tanınmış döyüşçülərdən idi.
    Mən fəxr edirəm ki, qəhrəman oğullarımızla çiyin-çiyinə döyüşmüşəm.
    Çox şükür ki, sentyabrın 27-dən başlanan II Qarabağ müharibəsi zəfərlə başa çatdı. Ali Baş Komandan İlham Əliyevin və Ordumuzun möhkəm iradəsi və şücaəti hər bir Azərbaycan vətəndaşına qürur yaşatdı.
                                                                                                                          Səbuhi Kərimov,
                                                Mamırlı kənd tam orta məktəbin coğrafiya müəllimi

    Müəllif: Redaktor, 08:29

İsmarıclar bağlıdır.