Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Dek

                                                                       KEÇMİŞLƏ GƏLƏCƏYİN ARASINDA KÖRPÜ

    Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində vacib məsələlərdən biri böyüklərə hörmət, kiçiklərə qayğı hissinin formalaşdırılmasıdır. Hər bir ailədə valideynlər bu hissləri övladlarına öz davranışları ilə göstərməlidirlər. Çünki, evlərdə böyüyən övladlar gələcəyin ailə başçılarıdır. Məlumdur ki, insanın hər zaman qayğıya və hörmətə ehtiyacı olur. Odur ki, böyüklərə hörmət, kiçiklərə qayğı hər birimizin mənəvi borcudur. Bu barədə dinimizdə də xəbərdarlıq edilir. “Kiçiyimizə mərhəmət göstərməyən, böyüyümüzə hörmət etməyən bizdən deyildir” və ya “Kim insanlara rəhm etməzsə, qüdrətli və əzəmətli Allah da ona rəhm etməz”. Peyğəmbərimiz buyurmuşdur :“Valideyn razı qalarsa, Allah da razı qalar. Valideyn qəzəblənərsə, Allah da qəzəblənər”.
    Məlumdur ki, böyüklərimizin üzərimizdə çox böyük haqqları vardır. Məhz bunun üçün insan övladı ilk növbədə onu dünyaya gətirən, körpə vaxtlarından onun qayğısını çəkən, boya-başa çatdıran valideynlərinə qarşı həlim və mehriban davranmalıdır. Valideynlər də Allah-Təalanın böyük hədiyyəsi və sonsuz lütfünün göstəricisi olaraq dünyaya gətirdikləri övladlarına qayğı və nəvazişlə yanaşaraq onlara məhəbbət göstərmək məcburiyyətindədirlər. Böyüklərə hörmətsizlik etmək, onlarla kobud davranmaq, sözlərinə qulaq asmamaq bəyənilməyən əməllərdən hesab olundugu kimi, kiçikləri incitmək, sözlərinə əhəmiyyət verməmək, başqalarının yanında onları təhqir etmək də dinimizdə uygun olmayan davranışlardandır.
    Böyüklərə hörmət, kiçiklərə qayğı xalqımızın ən gözəl adətənənəsidir. Bu ənənə mənəviyyatımızın ayrılmaz tərkib hissəsi olaraq çox qədim tarixi köklərə söykənir.
    Həyatda hər kəsin öz yeri olmalıdır. Böyüyün böyük, kiçiyin kiçik. Yaxşı bilirik ki, bunların əsası ailələrimizdə qoyulur. Əgər ailələrimizdə qarşılıqlı hörmət varsa, uşaq da böyüyəndə bu hörməti gözləyəcək və qoruyub saxlayacaq. Məlumdur ki, xalqımızın mentalitetində böyük-kiçik münasibətləri yalnız ailə çərçivəsində məhdudlaşmır. Bu qayğı və hörmət cəmiyyətdə və dövlətdə də qorunub saxlanılır. Bizim müqəddəs və mənəvi borcumuza çevrilmiş bu qayğı xalqımızın ən nəcib və ən gözəl xüsusiyyətlərindən biri olaraq, dövlətimiz də həmişə uşaqlara və yaşlılara xüsusi diqqət göstərir. Uşaqlığından məhrum olmuş, valideynlərini itirmiş, fiziki qüsurlu, maddi ehtiyac içində yaşayan uşaqlarımız var, xüsusi qayğıya möhtac böyüklərimiz var. Yaşlılar bizim keçmişimiz, uşaqlar isə gələcəyimizdir. Bu gün hər birimiz keçmi-şimizə sığınaraq gələcəyimizi inkişaf etdirməliyik. Çünki, Azərbaycanımız gələcəyimizin zəkalı, savadlı, ağıllı, geniş dünyagörüşlü vətəndaşları ilə inkişaf edəcəkdir. Keçmişlə gələcəyin arasında salınmış körpü möhkəm təməllə qurularsa yüksəklərdə bərqərar bir Azərbaycana sahib olarıq və onun dəyərli vətəndaşına çevrilərik.
                                                                                                                                Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 08:48

İsmarıclar bağlıdır.