Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Noy
    3136Aşıq Şəmşir, nə müddətdi getmisən,
    Heç demirsən, dostu, yarı görəydim.
    Nə səninlə dost olaydım əzəldən,
    Nə də belə intizarı görəydim.

    Üzünü görənlər çəkir salavat,
    Arı səndə qoymayıb ki, istahat,
    Nə canda tab qalıb, nə cibdə manat,
    Barındınmı baldan barı, görəydim?!
    Savaşın olurmu Güllü nənəynən.
    Mən ölüm, necəsən naznan, hənəynən?
    Get-gəlin qalıbmı köhnə binəynən,
    İtirdinmi etibarı görəydim?!
    Gəlsin qocalığı tuği-lənətə!
    Hanı imran dilin: bülbüllər ötə!
    Heç meylin qalıbmı kefə-işrətə,
    Çəkirmi nazını qarı, görəydim?!
    Aşıq var ki: dildən diribaş olur,
    Hansına sirr versən, dərhal faş olur..
    Niyə belə kasad olur, boş olur
    Aşıqların beh-bazarın görəydim.
    Dədə Şəmşir, nə məzəmmət yazırsan?
    Dolanır xəyalım, düz səni tutur.
    Səndən özgə kimin səbri böyükdü,
    Zarafat etməyə üz səni tutur.
    Gözümdə sənətin gövhəri sənsən!
    Bəzəyi-düzəyi, cövhəri sənsən!
    Qəlbimin, dilimin əzbəri sənsən!
    Hər kimə baxıram göz səni tutur.
    Gözəllərdən daha gözləmə ümid,
    Sevdalı günləri biryolluq unut.
    Üşüyürsən, göyə gələndə bulud,
    Yayın qızmarında göz səni tutur.
    Yorulub köhlənin, nə ağır gedir,
    Qəlbim qana döndü: lap fağır gedir.
    Qocalıq dağına bir cığır gedir.
    Təhər-tühərindən iz səni tutur.
    Təbini qoymusan çoxdan dincə sən!
    Qocamansan, götür-qoy et öncə sən:
    İncə səsli qafiyə seç, incəsən,
    Belə ustalıqda diz səni tutur!
    Sənə inanmışam, ay Dədə Şəmşir,
    Ustad sözü haqdan gəlmiş qurandı.
    Ustadı var hər canlının, cansızın ,
    Yerlər-göylər bir ustaddan yarandı.
    Əmri ustad verə, baş məndən gələr,
    Kükrəsəm, bir dərya yaş məndən gələr!
    Xalxın nə dərdi var, düşməndən gələr,
    Mənim könlüm dost əliynən virandı.
    Əzəl məni tay bilirdin pələngə,
    Nə tez nəzərində oldum ələngə?!
    Bu günah məndədir, ya səndə bəlkə,
    Dünən deyilən söz bu gün yalandı.
    Nədən isə incidiyin yəqindi,
    Qəzəbini yağdır indi, yağ indi!
    Dünya bilir: könlum sənə yaxındı,
    Arxanca xəyalım dünya dolandı.
    Bir azmış gəmiyəm, lövbərim yoxdu,
    Bir sahil gözləyən səfərim yoxdu,
    Tənqiddə tikanım, bibərim yoxdu,
    Silahsıza bu nə gülləbarandı!?
    Gözümdəki arzuya bax, gör əhdi,
    Pak dodağa pak da kəlmə gərəkdi!
    Bizə nə var, yazıq olan ürəkdi,
    Görürsən ki, acı sözdən talandı.
    …Zərif atdım, qaba dəydi… bir işdi,
    Düşünmə ki, bu, siftədi, girişdi,
    Bir söz idi , civə kimi sürüşdü,
    Yornuq atım hansı dağa varandı!?
    Nə odum var, nə alına tez səbi,
    Körpəlikdən qiblə bildim o təbi!
    Nə bilirəm mən farsı, ya ərəbi?!
    Təcnis, təxmis, bu nə zorba divandı?!
    Yazırsan: “Baharda meh məni tutur:
    Alma məni tutur, beh məni tutur…”
    Bu çətin təcnisin Bəhməni tutur,
    Mən qoşa yazıram… o da zorandı.
    Məndən inciməzsən, dilim ipəkdi,
    Turş olsa sözlərim, bil ki, hənəkdi.
    Məmmədəm, ürəyim çiçək-çiçəkdi,
    Torpağım gülşəndi, demə, şorandı.

    Müəllif: Redaktor, 14:44

    Teqlər:

İsmarıclar bağlıdır.