Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Dek

    Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Tərtərdə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar.
    Diplomatlar düşmənin Tərtərə atdığı kasetli raketlərin qalıqlarına baxıblar. Bildirilib ki, düşmən Tərtərə 21 kasetli raket atıb. Onun 14-nün qalıqları Tarix-Diyarşünaslıq Muzeyinin yanında sərgilənir.
    Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib ki, Ermənistan silahlı qüvvələri mütəmadi olaraq Tərtər rayonunun mərkəzini, qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından atəşə tutub. Tərtər hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ən çox atəşə məruz qalmış Azərbaycan şəhərlərindən biridir. Elə günlər olurdu ki, Tərtər şəhərinə gündəlik 2300–2400-dən çox mərmi düşürdü. Tərtər şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən məqədyönlü şəkildə bombardman edilirdi. Bunun da nəticəsində mülki insanlar arasında çoxlu sayda ölənlər və yaralananlar olub. Bu məqsədlə Ermənistan silahlı qüvvələri kasetli “Smerç” raketləri də daxil olmaqla, bütün növ artilleriyadan istifadə edirdi. Oktyabrın 3-4-də ATƏT xətti ilə Ermənistanın ovaxtkı müdafiə naziri David Tonoyana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı, əksinə, daha da intensivləşdirdi. Həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da, bu kimi cinayət əməllərinə görə cavab verməlidir. Beynəlxalq münasibətlərdə şəhərlərə qarşı bu cür əməllər urbisid, yəni, genosidin şəhərlərə qarşı istifadə edilməsi termini ilə izah olunur. Tərtər şəhəri də bunun bariz nü-munəsidir. Ermənistan tərəfindən Tərtərə qarşı genosid siyasəti həyata keçirilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müs-təqim Məmmədov bildirib ki, 44 gün davam edən müharibə zamanı Tərtərə 16 mindən çox mərmi atı-lıb. Şəhər ermənilər tərəfindən əsasən artilleriya atəşinə tutulub. Şəhərin mərkəzi də daxil olmaqla, 44 yaşayış məntəqəsi atəşə məruz qalıb. Qadağan olunmuş 21 “Smerç” raketi atılıb, 4 min obyektə, 2 min fərdi evə, çoxlu sayda məktəb binasına ziyan dəyib.
    Diplomatlar Tarix-Diyarşünaslıq Muzeyində oktyabrın 29-da Ermənis-tan ordusu tərəfindən Tərtərə atılmış və sakinlərdən birinin evinə düşərək yemək masasını deşib keçmiş “Smerç” raketinə ba-xıblar.
    Sonra diplomatlar Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinə gediblər. Məlumat verilib ki, yaşayış məhəlləsindəki çoxmənzilli binaların ha-mısı Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalıb. Binalara, klub icma mərkəzinə, həkim məntəqəsinə, musiqi məktəbinə ciddi ziyan dəyib.
    Diqqətə çatdırılıb ki, Ermənistan yaşayış məntəqələrini atəşə tutmaqla müharibə cinayəti törədib, mülki insanlara qarşı terror vasitələrindən istifadə edi, beynəlxalq humanitar hüququ kobudcasına pozub.

    Müəllif: Redaktor, 10:12

İsmarıclar bağlıdır.