Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Dek
    O başı üstündə gəzdirdiyindən

    O bədən nə zülüm, nə zillət çəkir.

    Sənin ciyərində, sənin canında

    Aldığın nəfəs də əziyyət çəkir.

    Hər dindən dişarı, məzhəbdən uzaq,

    Əqidəsı tələ, əməli tuzaq,

    Bu ürəyi şıntır, bu beyni pazaq

    Bütün insanlarla ədavət çəkir.

     

    Gözlərin bükülüb riya kirinə,

    Düşmüsən böhtanın, şərin vərinə.

    Sənin əvəzinə, sənin yerinə

    Adam sənə baxıb, xəcalət çəkir.

     

    Göydən od ələnsə, qaya tökülsə,

    Dəryalar qurusa, dağlar sökülsə,

    Bütün əzizləri ağa bükülsə,

    Bir dəfə görməzsən o, xiffət çəkir.

     

    Pəyə süpürməyə hazır çalğısan,

    Peysərə vermisən–boynu yağlısan.

    Adam inanmır ki, adam oğlusan–

    Səndə ayrı şeyə xasiyyət çəkir.

     

    Vurduğu yaralar dərindən-dərin!

    Üzü ən arsızı sırtıq üzlərin.

    Onun tək bir sürü qeyrətsizlərin

    Ağrı-acısını bu millət çəkir.

     

    Duymazsan belində sınan pərdini,

    Hər zaman sularsan sən öz kərdini.

    Qapaza çevrilən qaxınc dərdini

    Həm qohum-əqrəba, həm külfət çəkir.

     

    Müəllif: Redaktor, 12:36

İsmarıclar bağlıdır.