Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Dek

            BƏNZƏYİR                                                                                                                                                          Tofiq Yusif

     (Biri çıxış edərkən)      

    Ay camaat, bura gəlin, siz Allah,

    Ona baxın, qurumsağa bənzəyir!

    Ətrafına əsəb yayır bayaqdan–

    Hər kəlməsi sarımsağa bənzəyir.

    Çox uşağın şəriklidi dədəsi,

    Başa keçib, öyüd verir gədəsi.

    Beləsinin daş üyüdür mədəsi–

    Mədə deyil, bir tabağa bənzəyir.

     

    Pişikləri oxşatmışıq pələngə,

    Dörd yanımız beyni şikəst, ələngə.

    Başlar getdi-layiq idi çələngə,

    Başlar qalıb-balqabağa bənzəyir.

     

    Yalan vədi göyərtmədi qərinə,

    Karvanbaşı ulaq qoşdu nərinə.

    Zirvədəki şah qartalın yerinə

    Qonana bax, yapalağa bənzəyir.

     

    Arsızlıqda ya çayırdı, ya türpək,

    Sifətində qurumayıb tüpürcək.

    Alt dodağı yer süpürən süpürgə,

    Üst dodağı şapalağa bənzəyir.

     

    Tofiq, sənin ayrı peşən yoxdumu?

    Nə işinə millət acdı, toxdumu?

    Bu ölkədə beləsi az, çoxdurmu?

    Ya yamağa, ya yalağa bənzəyir?

     

    O kürsüdən boş-boşuna hürən nə?

    Bu ilxıda sarı nədi, kürən nə?

    Bilmək olmur başındakı görən nə?–

    Gah yaylığa, gah papağa bənzəyir?

     

    Müəllif: Redaktor, 13:54

İsmarıclar bağlıdır.