Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Dek

    Koronavirus pandemi-yasından əvvəl Azərbaycanda yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması haqda tövsiyələr ətrafında ajiotaj sanki azalmağa başlayırdı. Lakin cəmiyyəti bu məsələdə maarifləndirmək zərurəti nəinki qüvvədən düşmədi, hətta daha aktual forma aldı.
    Ailənin yaxın üzvünün son mənzilə yola salınması – mərhuma təkcə hörmət əlaməti deyil, eyni zamanda hansısa sosial aktdır. Amma zamanla bu ritualın mahiyyəti və ilkin səbəbləri sanki unudulur, bizim yaddaşımızdan silinir. Bu fonda bizim üçün çay, plov, halva ilə və nə gizlədək, bir-birini çoxdandır görməyən qohumlar və tanış-ların söhbətləri ilə ənənəvi olan yas mərasimləri təmtəraqlı, dəsgahlı yığıncağa çevrilir.
    Bu hallara son qoymaq məqsədilə, hökumət süfrələrdə təkcə adət edilən yeməklər deyil, habelə daha çox ən yaxşı bayram süfrələrinə xas geniş çeşidlər və hətta delikateslərin verildiyi təmtəraqlı tədbirlərdən çəkinmək üçün tövsiyələrlə çıxış edib. Çayla qənd, halva və xurmayla qane olmaq təklif edilib. Amma bir çox yeniliklər kimi, bu tövsiyə də ictimaiyyət tərəfindən kəskin reaksiya doğurdu.
    Azərbaycanın bəzi regionları və hətta Bakı kəndlərində yerli icra hakimiyyətinin nümayəndələri polis əməkdaşları ilə birgə həvəslə yas yerinə baş çəkərək ehsan süfrəsi üçün isti yeməklərin hazırlanmasını qadağan etməyə başladılar. Bir sıra hallarda isə hüzn içində olan ailənin hazır yeməyini, başqa sözlə, ehsanını hətta müsadirə etdilər.
    Haqlı olaraq sual yaranır: icra hakimiyyəti orqanlarının nümayəndələri hansı haqla ölkənin bu və ya digər vətəndaşının sırf ailəvi məsələlərinə qarışır?
    Ölkə sakinlərinin böyük əksəriyyəti yas mərasimlərinin daha sadə təşkilinə dair tövsiyələri dəstəkləyir. Sakinlər yeməklərin bolluğuna dözməyən süfrələri yersiz hesab edirlər.
    Lakin söhbət həqiqətən israfçılıqdan gedir. Məsələn, banan, ananas və hətta balıqdan!
    Regionlardakı vəziyyət isə ayrıca diqqət tələb edir. Ümumilikdə zəifləyən ənənəvi təməllər rayonlarda hələ də möhkəmdir. Dəfn və yas mərasimləri də orada keçmişdə olduğu kimi keçirilir: dünyasını dəyişən şəxs bütün kəndin iştirakı ilə dəfn edilir. Təbii ki, orada dəfn mərasimi – şöhrətpərəstlik yox, həqiqətən də, mərhumun xatirəsinə ehtiram əlamətidir.
    Uzun müddət davam edən maarifləndirici iş, əhalinin heç olmasa, ölülərini son mənzilə layiqincə yola salmaq və bununla da yasa gələnlərin dedi-qodu obyektinə çevrilmək istəmədiyindən ən son qəpiyini belə xərcləməyə hazır olan təbəqəsinin ehsan xərclərinin azalmasına yardım edərdi.
    İlahiyyatçılara görə, üç gündən artıq yas saxlamaq olmaz. Düzdür, Qurani-Kərimdə bu reqlament olmayıb. Bir çoxlarının ehtiram göstərdikləri müqəddəs qırx günə gəldikdə isə ilahiyyatçılar bunu İslamdan əvvəlki adətlərə aid olduğunu deyirlər.
    Yas mərasimlərinin təm-təraqlı olması da təqdirəlayiq deyil. Yeri gəlmişkən, şəriətə görə, süfrəni mərhumun yaxınları deyil, əksinə, ətrafındakılar açmağa kömək etməlidirlər.
    Bir sözlə, milli-mənəvi dəyərlərimizi həmişə uca tutmalı, onların aşınmasına yol verməməliyik.

    Müəllif: Redaktor, 15:01

İsmarıclar bağlıdır.