Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Dek

    Azərbaycanda toy adətləri – Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.
    Toy adətlərinə zəmanənin təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının keçirilməsi də bu qəbildən-dir.
    Azərbaycanda olan nikah mərasimləri – toy-düyün adətləri, qohumluq modelləri dünyanın çox az sayda xalqlarında mövcuddur. Milli ailənin təməli qoyulan toylarımız əksər qohum-əqrəbanı, tayfa və nəsli bir araya gətirir, məişət hadisəsindən çox mədəni-sosial fakta çevrilir. Toy və ailə dəyərləri qohumluq əlaqələrinin dayanıqlığını saxlamaqla yanaşı, həm də o münasibətlərin daha da möhkəmlənməsinə təkan verir: elçilikdən başlamış, ta əsas toy mərasiminə qədər qohumların bir araya gəlib yaxından ünsiyyət qurmasına gözəl şərait yaradır. Çünki toya qədər bir sıra mərhələlərin (ad etmə, kişi və qadın elçiliyi, nişan və s.) keçilməsi vaxt etibarilə doğru-düzgün qərar çıxarmağa və seçim etməyə imkan verir. Xalqımızın başqa bir gözəl adəti də var: müasir dövrün psixoloqlarını, ailə məsləhətçilərini əvəzləyən valideyn və ağsaqqal xeyir-duası alan cütlüklərin qurduğu ailə uzunömürlü və ruzili olur.
    Ülviləşdirilmiş dəyərlər Azərbaycan ailəsinin təməl prinsiplərinin daha sağlam əsaslar üzərində möhkəmlənməsinə xidmət edir və bu cəhətlər həm də Azərbaycanda boşanmaların sayının azalmasına, eyni zamanda mükəmməl ailə modelinin ortaya çıxmasına xidmət edir. Zaman sübut etdi ki, Azərbaycan ailəsi-nə təsir göstərən adət-ənənələr qısamüddətli əsaslara söykənmir, xalqımızın öz millli ruhundan qaynaqlanan mənəvi duyğudur. Ölkəmizdə hər zaman ailə öndə gələn müqəddəs dəyərlər sistemi sayılıb. Lakin son zamanlar milli ailə ilə bağlı olan adət-ənənələrimizin dağılma təhlükəsi, aşınması, deqradasiyaya məruz qalması cəmiyyətə də öz mənfi təsirini göstərməkdədir. Son vaxtlar ictimaiyyətimizdə müəy-yən yanlış təsəvvürlər formalaşıb: bəziləri elə hesab edir ki, qloballaşma şəraitində baş verənlərdən qaçmaq mümkün deyil, müasir dəyərləri tam əxz etmədən, milli təfəkkür tərzi-mizdən keçirmədən, ənənələrimizə tam uyğunlaş-dırmadan qəbul etmək la-zımdır. Bunun nəticəsində bizdə ailə münasibətlərində müəyyən problemlər orta-ya çıxıb, tarixən formala-şan dayanıqlı ailə modeli dağılmaq təhlükəsi ilə üzləşir. Bu sadalanan amillər bütöv halda cəmiyyəti-mizdə bir sıra xoşagəlməz tendensiyalara aparıb çı-xarır. Söz yox ki, bu cür meyillər, yanlış təfəkkür tərzi pis nəticələr verir: belə milli məsələlərdə son dərəcə həssas və diqqətli olmalıyıq. Belə zərərli vərdişlərin cəmiyyətdə dərin kök salmasına imkan verilməməli, bu məsələlər bizim ictimaiyyəti, dövlət qurumlarının nümayəndələrini, ziyalıları düşündürməlidir.
    Karantin rejimindən əvvəll toy məclislərində is-rafçılığın baş alıb-getməsindən şikayətlənirdik. Hətta sadə formaya keçməsini, ailə, qohum-əqrəba arasında nikah məclisi ilə əvəzlənməsini təklif edirdilər. İndi sosial şəbəkələrdə daha çox yazırlar, toy məclislərinin bərpasına icazə verilməsini tələb edirlər. Kim ailə qurmaq istəyirsə, nikah bağlayıb, ailə arasında çox kiçik tədbir edə bilər.
    Azərbaycanda toyları gəlir mənbəyinə çevirmək istəyənlər həddindən artıq təm-tərağa və izafi xərclərə yol verirlər. Bəzi toy mərasimlərində milli-mənəvi dəyərlərimizdən əsər-əlamət görünmür. Milli rəqslərimiz arxa plana ke-çir, bəzi qız-gəlinin geyimləri çox vaxt ikrah hissi oyadır. Toylarımızda belə eybəcərliklərə son qoyulsa yaxşı olar.

    Müəllif: Redaktor, 15:05

İsmarıclar bağlıdır.