Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Dek

    31 Dekabr. Oğul anasına yaxınlaşır və deyir: -Ana gəl 12-nin yarısı qışqıraq Yeni İl, Yeni İl! Anası təəccüblə soruşur: -Niyə oğlum? – Qoy qonşular elə bilsin ki yeni il birinci bizə gəlib.

    Şaxta Baba bir neçə evdə olduqdan sonra növbəti evə gəlir və deyir:
    -Oğlum, sən Şaxta Babadan nə istəyirsən? Oğlan heç nə demədən Şaxta Ba-baya bir təpik vurur. Şaxta Baba “niyə vurdun” deyə soruşur. Bu keçən il üçündü.

    Uşaq qışqıraraq deyir: – Şaxta Baba mən yeni ildə maşın istəyirəm. Anası:
    -Oğlum bərk qışqırma Şaxta Baba ən asta səsi belə eşidir. Uşaq:
    – Amma atam eşitmir.

    Yeni il ata oğlu ilə danışır: -Oğlum sən artıq böyüksən.
    Bilməlisən ki şaxta Baba yoxdur yalandır. O mən idim. Oğul atasına:
    -Ata narahat olma mən bilirəm ki, o sən idin hətta məni bu evə gətirən ayı da sənsən.

    İsraildə yeni il. Yeni il süfrəsidir ailə süfrə başında. Birdən bir çəngəl yerə düşür lakin kişi cəngəli yerə dəymədən tutur:
    -Şükür. Yoxsa yenə qonaq gələcəkdi. Elə bu vaxt kiçik qızı içəri daxil olur və deyir:
    – Ata, ata xala liftə qaldı.

    Qızlar yeni ili atılmış və ruhlarla dolu bir evdə keçirtməyə qərara alırlar. Qızlardan biri:
    -Anam məni ruhlarla yeni il keçirtməyə qoymur.
    -Niyə?
    -Keçən il onun rəfiqəsi yeni ili ruhla keçirtdi. İndi uşağını baxçada qəbul eləmirlər.

    Yeni il. Əsgər:
    -Bu Şaxta baba hər şeyi səhv saldı.
    -Niyə?
    -Uşaq olanda ondan əsgər forması istədim. O isə indi gətirdi.

    Yeni il ərəfəsində poçta bir məktub gəlir. Məktub Şaxta Babaya ünvanlanıb.
    -Salam, Şaxta baba. Mən Məmmədəm. Mən yeni ili çox sevirəm. Amma hava soyuqdur, mən də çıxıb qartopu oynaya bilmirəm. Çünki şubam, papağım, əlçəyim, ayaqqabım yoxdur. Poçt işçiləri yığışıb uşağa hər şey alırlar, bir əlcəyə pul çatmır. Qərara alıb əlçəksiz göndərirlər. Bir neçə müddət sonra yeni məktub gəlir. Çox sağ ol, Şaxta baba. Amma əlçək yox idi. Yəqin poçtda oğurlayıblar.

    Müəllif: Redaktor, 10:54

İsmarıclar bağlıdır.