Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan

                                                  KORONAVİRUSU VECƏ ALMAYANLAR

    “Bala Kirpi” yuxuda gördü ki, koronavirusa yoluxub. Qorxusundan dik atıldı. O dəqiqə dodaqları uçuqladı. Yatağının içində tir-tir əsməyə başladı. Handan-hana özünə gəldi və tam biləndən sonra ki, gördüyü yuxudur, Allaha şükür etdi. Yadına bir neçə gün əvvəl bu şoğərib virusa yoluxan dostu “Bala Tutuquşu” düş-dü, kövrəldi. Öz-özünə dedi: “Axı, sənə demişdim, a səy Tutuquşu balası, özünü gözlə, gigiyenik qaydalara riayət elə, təmasdan qaç, ara məsafəsi saxla, heç kimnən öpüşmə, əllə salam vermə… Kimə deyirsən? Zalım oğlu məni vecinə almadı. Kim qarşısına çıxdı, qucaqlaşdı, marçamarç öpüşdü, maska taxmadı, spirtlə əllərini dezinfeksiya eləmədi!…
    Axırı da, o deeeyyy, Bakıda xəstəxanada can verir, nəfəs ala bilmir, öskürməkdən qarnının dərisi cırılır! Sağala, ya sağalmaya, ya qismət!”.
    “Bala kirpi” ta yata bilmədi, səhəri dirigözlü açdı, yerində o qədər o yana-bu yana çabaladı ki, yatağı qırışqırış oldu, yastığı başının altınnan qaçdı…
    Səhər-səhər yerindən zorla qalxdı, ərincək-ərincək gərnəşdi, ayaqlarını sürüyə-sürüyə hamama tərəf getdi, üz-gözünə bir-iki ovuç su vurdu, qayıdıb gəldi. İştahı yox idi, heç nə yemədi. Əllərini dezinfeksiya elədi, maska taxıb, anasına bir söz demədən bayıra çıxdı. Məqsədsiz-zadsız, veyillənə-veyillənə şəhərin mərkəzinə gəldi. Fikri o idi ki, axırıncı dəfə “Bala Tutuquşu” ilə şəhəri gəzəndən sonra karantin rejimi ilə bağlı adamlar arasında hansı yeniliklərin olduğunu öyrənsin. Gördü ki, yenə hər kəs öz kefindədi. “Bazarda adam əlindən iynə atsan yerə düşməz”. Heç kim bu qarma-qarışıqda gigiyena qaydalarına əməl etmirdi, maska geyinməmişdi, elə bil hamı pandemiyanı yaddan çıxarmışdı, ara məsafəsi gözlənilmirdi, bir çox məhsullar tozun-torpağın içində satılırdı, “it yiyəsini tanımırdı”.
    “Bala Kirpi” şəhərdə belə vəziyyətə tez-tez rast gəldiyindən təəccüblənmədi. Şəhərarası aftobuslarda da, taksilərdə də, alış-veriş mağazalarında da təqribən eyni məsuliyyətsiz mənzərə hökm sürürdü.
    “Bala Kirpi” öz-özünə düşünməyə başladı: “Ay qardaş, nə qədər təbliğat aparmaq olar, nə qədər maarifləndirici tədbirlər görmək olar, nə qədər cərimələr tətbiq edilər?! Bu insanlar niyə anlamaq istəmirlər ki, koronavirus pandemiyasına qarşı dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər yalnız və yalnız onların öz sağlamlıqları üçündür?! Bəzi adamlar isə, gözlərinin qarşısında onlarla insanın, hətta qohum-əqrəbanın virusa yoluxmasına baxmayaraq, yenə ibrət götürmür, karantin rejiminin qaydalarını pozur, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tələblərinə əməl etmir”.
    “Bala Kirpi” yenə “Bala Tutuquşu”nu xatırladı: “O da inanmırdı ki, koronavirus infeksiyası var və bu çox təhlükəli virusdur. Özünü gözləmədi və yoluxdu. Düzdür, indi nəzarət daha da gücləndiyindən karantin rejiminin qaydalarına əməl edənlərin sayı nisbətən çoxalıb. Lakin hələ də toplumda yoluxmaya qarşı elliklə mübarizə aparmaq fikri tam formalaşmayıb.
    Əhvalat. Görürlər ki, bir sağlam adam həkimə gedir. Öyrənirlər ki, bu, rusdur, sağlamlığını yoxlatmağa gedir.
    Sonra görürlər ki, bir nəfərin qolundan tutub həkimə aparırlar. Öyrənirlər ki, bu gürcüdür, xəstələnib deyə, hə-kim müayinəsinə gedir.
    Daha sonra görürlər ki, bir nəfəri yorğana büküb, xərəkdə zarıya-zarıya, son nəfəsində həkimə aparırlar. Öyrənirlər ki, bu müsəlmandır, artıq can verir, ona görə həkimə aparırlar ki, ölməyə qoymasın.
    İndi bu əhvalata oxşamasın, elə bil hamı gözləyir ki, yoluxsun, sonra inansınlar ki, bu pandemiya ilə zarafat eləmək olmazmış.
    Rayonda yeni koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısının alınması üçün çox ciddi tədbirlər görülür-vaxtaşırı dezinfeksiya işləri aparılır, reydlər təşkil olunur, rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə könüllülərdən ibarət işçi qrupları vətəndaşlar arasında daim təbliğat-təşviqat tədbirləri ilə məşğul olur və digər vacib işlər görürlər. Əhalinin sıx olduğu yerlərdə, alış-veriş obyektlərində, sərnişin daşıyan nəqliyyat vasi-tələrində, küçələrdə söhbətlər aparılır, vətəndaşlara tövsiyələr verilir.
    “Bala Kirpi” şəhəri gəzib-dolandı. Küçələrin təmizliyi, görülən abadlıq işləri, salınan yaşıllıqlar, tikilən binalar, istifadəyə verilən yeni obyektlər, bir sözlə, şəhərin abadlığı onun xoşuna gəlsə də, Vətən Müharibəsində Tərtərə ermənilər tərəfindən atılan 17 minə yaxın mərmi və 20-dən çox raketin şəhərdə və kəndlərdə törətdiyi dağıntılardan tamam dilxor olsa da, “COVİD-19”-a qarşı insanların münasibəti onu açma-dı. Fikirləşdi ki, bir kəndlərə tərəf gedim görüm oralarda nə var, nə yox? Bu düşüncələrlə də üz tutdu Tərtərin kəndlərinə. Çəkilən asfalt yollar, əhalinin qazla, işıqla və içməli suyla təminatı, tikilən yeni fərdi yaşayış evləri, görülən abadlıq işləri könlünü açsa da, bəzi məsələlər qanını qaraltdı. Kəndlərdə mədəniyyət obyektləri onsuz da bərbad vəziyyətdə idi, qapıları çox zaman bağlı olurdu, həftələrlə, aylarla fəaliyyət göstərmirdilər. Bu pandemiya da onlar üçün göydən-düşmə oldu. Mədəniyyət işçiləri yenə rahatca oturublar evlərində, aylıq maaşlarını, tam olmasa da, alırlar. Bilirik, soruşanda da deyəcəklər ki, karantin rejimidir, “evdə qal” çağırışına əməl edirik, hökumətimiz belə buyurub.
    Həmçinin, təhsil müəssisələri-məktəblər, uşaq bağçaları- körpələr evləri koronavirusla əlaqədar işləmir, hamı istirahət eləyir. Bir sözlə, əsl tənbəllərin mövsümüdür, necə deyərlər, “ver yeyim, ört yatım, gözlə canım çıxmasın”.
    Kəndlərdə mövcud olan digər xidmət sahələri də yarıtmaz fəaliyyət göstərirlər.
    Əsasən fermerlərin təsərrüfat sahələrində və sahibkarlıqla məşğul olanların yaratdıqları iş yerlərində kənd sakinləri əmək fəaliyyəti ilə məşğul olur, ailələrinin dolanışığı üçün müəyyən qazanc əldə edirlər. Bu sahələrin çoxu isə mövsümi xarakter daşıyır.
    “Bala Kirpi” kəndləri gəz-dikcə pandemiyanın yayılmaması üçün lazım olan tədbirlərdən əsər-əlamət görmədi. Öz-özünə dedi ki, şükür şəhərdəkilərə, yenə 5-10 nəfər maska taxır, kəndlərə isə elə bil bu soraq hələ çatmayıb. Çoxu əvvəllərdə olduğu kimi sərbəst gəzir-dolanır, öz dünyasını yaşayır.
    Bəzi adamlar Operativ Qərargahın vacib qərarlarına əhəmiy-yət vermir, yas mərasimlərini geniş şəkildə keçirməyə cəhd gös-tərir, yemək-içmək məclisləri təş-kil edir, qoruyucu heç bir vasitədən istifadə etmir. Belə adam-lar düşünmürlər ki, onların bu səhlənkarlığı birinci özlərinin və ailələrinin, sonda isə bütün insanların həyatlarını təhlükəyə atır. Belələri bir az düşünsünlər.
    …“Bala Kirpi” arğın-yorğun evlərinə qayıdanda axşam düşmüşdü.
                                                                                                                  Tofiq YUSİF

    Müəllif: Redaktor, 08:30

İsmarıclar bağlıdır.