Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan

                        ŞUŞA AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN PAYTAXTI ELAN OLUNDU

    Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir,
    incəsənətdir, tarixdir. Şuşanın yenidən bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi deməkdir. Bu, həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsini, yenidən yüksəliş mərhələsinə daxil olmasını şərtləndirir. Bu mənada, Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin mərkəzi elan etməsi olduqca mühüm qərardır.
    Şuşa Azərbaycan xalqı üçün milli simvoldur:
    “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan
    Şuşa şəhərinə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı.
    Ulu Öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə,
    Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hətta, 1970-ci illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi”.

    “Hətta, bir zamanlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandı-rılan, bir sıra görkəmli xa-dimlərin Vətəni, eləcə də Azərbaycanın tarixi
    mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri haqqında danışan ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirirdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur. Məhz Prezident İlham Əliyev Ulu Öndərimizin vəsiyyətini yerinə yetirərək azadlığına qovuşan, 270 illik tarixi olan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başladır.

    Müəllif: Redaktor, 09:00

İsmarıclar bağlıdır.