Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Yan

    Tərtər rayonu üzrə 2020-ci ilin məhsulu üçün kənd təsərrüfatı bit-kilərinin əkin sahəsi 25572.6 hektar olmuşdur. Kənd təsərrüfatı bit-kilərinin əkin sahəsi 2019-cu ilə nisbətən 1280.7 hektar və ya 4.8 faiz azalmışdır. Əkin sahəsinin 10882.8 hektarını və yaxud 42.6 faizini dənli və dənli paxlalı bitkilər, 5134.8 hektarını və yaxud 20.1 faizini texniki bitkilər, 1444.5 hektarını və yaxud 5.6 faizini kartof, bostan və tərəvəz bitkiləri, 8110.5 hektarını və yaxud 31.7 faizini yem bitkiləri təşkil etmişdir.
    2020-ci ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 288.6 hektar və yaxud 2.6 faiz, o cümlədən buğda əkini 1037 hektar və yaxud 14.6 faiz azalmış, arpa əkini 728.4 hektar və yaxud 19.1 faiz, digər dənli və dənli paxlalılar əkini 20 hektar və yaxud 7.6 faiz artmışdır. Nəticədə 2020-ci ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 45323.2 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır. Bu isə əvvəlki ilin müvafiq göstəricisindən 1565.9 ton və ya 3.6 faiz çoxdur.
    Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur.
    Belə ki, istehsal olunmuş taxıl məhsulunun 56.2 faizini və ya 25620 tonunu buğda təşkil etmişdir. Taxılın 36.3 faizi və ya 16436.1 tonu arpa, 6.6 faizi və ya 2981.9 tonu qarğıdalının, 0.6 faizi və ya 285.1 tonu digər taxıl məhsullarının payına düşür. Əvvəlki ilə nisbətən 2020-ci ildə buğda istehsalı 13.1 faiz, darı istehsalı 7.4 faiz, noxud istehsalı 48.5 faiz, lobya istehsalı 18.2 faiz azalmış, arpa istehsalı 27.7 faiz, dən üçün qarğıdalı istehsalı 2.8 dəfə, soya istehsalı 24.1 faiz artmışdır. 2020-ci ildə dənli və dənli paxlalı bitkilərin hər hektarının orta hesabla məhsuldarlığı 39.9 sentner, o cümlədən buğdanın məhsuldarlığı 42.3 sentner, arpanın məhsuldarlığı 36.2 sentner, qarğıdalının məhsuldarlığı 50.7 sentner, vələmirin məhsuldarlığı 25 sentner, darının məhsuldarlığı 15 sentner, noxudun məhsuldarlığı 25.3 sentner, lobyanın məhsuldarlığı 50.9 sentner, soyanın məhsuldarlığı 15.6 sentner olmuşdur. 2019-cu ilə nisbətən dənli və dənli paxlalı bitkilərin məhsuldarlığı 1 sentner, buğdanın məhsuldarlığı 0.7 sentner, arpanın məhsuldarlığı 2.5 sentner, qarğıdalının məhsuldarlığı 0.2 sentner artmışdır. 2020-ci ildə təkrar əkindən 1931.3 ton dənli və dənli paxlalılar istehsal olunmuşdur ki, onun 1849 tonu dən üçün qarğıdalı, 75.8 tonu darı, 2.4 tonu soya olmuşdur.
    2020-ci ildə 2981 hektar sahədə pambıq əkilmişdir. 2019-cu ilə nisbətən pambıq əkini 13 faiz azalmışdır. İl ərzində 11580 ton pambıq tədarük edilmişdir. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 38.8 sentner olmuşdur. 2019-cu ilə nisbətən pambığın hər hektarından orta məhsuldarlıq 4 sentner və ya 11.5 faiz artmışdır. Pambığın hər hektarından orta məhsuldarlığına görə Tərtər rayonu ölkə üzrə ikinci yerdə olmuşdur.
    2020-ci ildə rayonda 301.7 hektar sahədən kondinsiya çəkidə 12731.1 ton şəkər çuğunduru istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 2019-cu ilə nisbətən 119.6 sentner və ya 39.6 faiz artaraq 422 sentner olmuşdur.
    2020-ci ildə rayonda 1852.1 hektar dən üçün günəbaxan əkilmişdir. İl ərzində 4886.7 ton günəbaxan istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 26.2 sentner ol-muşdur.
    Kartof kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tutur. 2020-ci ildə 376.5 hektar kartof sahəsindən 4250.1 ton kartof istehsal edilmişdir. Hər hektar kartof sahəsindən orta məhsuldarlıq 2019-cu ilə nisbətən 0.2 sentner artaraq 112.9 sentnerə çatmışdır.
    2020-ci ildə rayonun təsərrüfatlarında 14003.3 ton müxtəlif növ tərəvəz istehsal edilmişdir. Onun 13827.4 tonu əsas əkindən (1167 hektar), 85.9 tonu təkrar əkindən (6 hektar), 90 tonu (1 hektar) istixana kompleksində istehsal edilmişdir. Hər hektar tərəvəz sahəsindən orta məhsuldarlıq əvvəlki ilə nisbətən 3.5 sentner və ya 2.8 faiz artaraq 129.6 sentner olmuşdur.
    2020-ci ildə 71.7 hektar yeni salınmış meyvə bağları və giləmeyvə əkmələri də nəzərə alınmaqla 1579.5 hektar, o cümlədən bar verən yaşda 1312.2 hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olmuşdur ki, həmin meyvə bağlarından 13210.8 ton meyvə və giləmeyvə toplanmışdır. Yeni salınmış meyvə bağlarının 62 hektarı intensiv meyvə bağlarıdır.
    2020-ci ildə rayonda 62 hektar şaftalı, 6.2 hektar xurma, 2 hektar fındıq, 1 hektar alça, 0.2 hektar ərik, 0.3 hektar gilas bağları salınmışdır.
    Hesabat ilində rayonda 10.1 hektar üzümlük mövcud olmuşdur ki, onun 10.1 hektarı bar verən yaşdadır. Həmin sahələrdən (talvar üzümü də daxil olmaqla) 1071.4 ton üzüm yığılmışdır.
    Rayonda heyvandarlığın inkişa-fını təmin etmək üçün təsərrüfatlarda 8110.5 hektar yem bitkiləri əkil-mişdir. Yem bitkilərinin 40 hektarı yaşıl yem üçün qarğıdalı, 58.1 hektarı birillik otlar, 8012.4 hektarı çoxillik otlar olmuşdur. 2020-ci ildə 96191.3 ton quru ot və 469.2 ton yaşıl kütlə tədarük edilmişdir. Çoxillik otların hər hektarından orta məhsuldarlıq əvvəlki ilə nisbətən 0.6 sentner artaraq 119.6 sentner olmuşdur.
    Bundan başqa 2020-cu ildə ra-yonun təsərrüfatlarında 1683060 ədəd meyvə və 62700 ədəd dekorativ bitki tingləri yetişdirilmişdir.
    2020-ci ildə rayonda 493.3 hektar sahədə təkrar əkin aparılmışdır ki, onun 459.1 hektarı dənli və dənli paxlalı bitkilər, 13 hektarı texniki bitkilər, 6 hektarı müxtəlif növ tərə-vəz bitkiləri, 15.2 hektarı yem bit-kiləri olmuşdur. Həmin təkrar əkin sahələrindən 1931.3 ton dənli və dənli paxlalılar, 32.6 ton texniki bit-kilər, 85.9 ton müxtəlif növ tərəvəz, 178.4 ton quru ot istehsal edilmişdir.

                                                                                                   Tərtər Rayon Statistika İdarəsi

    Müəllif: Redaktor, 08:12

İsmarıclar bağlıdır.