Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Yan

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Tərtər rayonunun Seydimli kəndində yeni tikilmiş fərdi yaşayış evləri 1-ci Qarabağ Müharibəsinin əlilləri, vəfat etmiş İmanov Zahid Cavad oğlunun həyat yoldaşı Seydimli kənd sakini İmanova Zənifə Məyiş qızına, Tərtər şəhər sakinləri Axundov Xanlar Nazim oğluna, Quluyev Mətləb Valeh oğluna təqdim edilmişdir.
    Evlərin təqdim edilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi düşdü. 30 ilə yaxın erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildi. Təqvimə ölkə rəhbərinin Sərəncamı ilə daha bir bayram-Zəfər günü əlavə edildi.
    Dekabrın 10-da keçirilən Zəfər paradı bir daha Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin güc, qüvvəsini, döyüş ruhunu nümayiş etdirdi.
    44 gün davam edən Vətən müharibəsində Tərtər həmişəki kimi düşmən üçün alınmaz qala oldu. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlərimiz dağıldı, hərbi və mülki şəhidlərimiz oldu, ancaq hamı bir nəfər kimi Vətənin müsəlləh əsgərinə çevrildi. Dövlət rəsmilərinin dediyi kimi Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradı oldu.
    Rayon rəhbəri yeni mənzilə köçən Qarabağ müharibəsi əlillərinə ürək sözləri-ni bildirdi, onlara yeni mən-zillərində xoş günlər keçirməyi arzuladı.
    Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev bildirib ki, Prezident İl-ham Əliyevin tapşırığı ilə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2020-ci il üzrə rekord sayda-1500 mənzil və fərdi evin verilməsi proqramı uğurla icra olunub.
    Bu qəbildən olan şəxslərə ötən il 9100-dən çox mənzil və fərdi ev verilib. Prezident İlham Əliyev köçkünlər üçün inşa olunmuş mənzillərin şəhid ailələrinə verilməsini tapşırıb.
    Yeni fərdi evlərlə təmin edilən ailələr onların sosial müdafiəsinin gücləndirilməsinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi xüsusi qayğıya, indi isə fərdi evlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

    Müəllif: Redaktor, 09:52

İsmarıclar bağlıdır.