Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    Artıq bir ildir ki, yeni növ koronavirus Yer üzündəki bütün xəstəlikləri arxa plana keçirərək bəşəriyyətin bir-nömrəli probleminə çevrilib. COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunandan bəri bütün ölkələr bu virusla mübarizəyə qalxıb və savaş aparır. Dünya tibbi, müxtəlif ölkələrin elm adamları insanlıq üçün yeni olan bu bəlanı “susdurmaq” naminə səfərbər olub.
    Azərbaycan hələ sentyabr ayında Qlobal Peyvəndlər Alyansı (KAVİ), Epidemiyaya Hazırlıq İnovasiyalar Alyansı (CEPI) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yaradılan COVAX platformasına qoşulan ilk ölkələrdən olubdur.
    Çin alimləri COVID-19-un genomunu açıqladıqdan sonra isə əczaçılıq şirkətləri, laboratoriyalar, ayrı-ayrı alimlər və həkimlər koronavirusa qarşı peyvənd axtarışına başladılar. Müxtəlif qorunma və qabaqlayıcı tədbirlərə, məhdudiyyətlərə baxmayaraq, infeksiyanın sürətlə bütün planetə yayılması hər kəsin ümidini və diqqətini daha çox istehsal olunmuş peyvəndə dikdi.
    Azərbaycanda peyvəndlənmə
    Azərbaycanda peyvəndlənmə ilə bağlı strategiya hazırlansa da, onun nə vaxt yekunlaşacağı barədə məlumat verilmir.
    Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib ki, “”Sinovac Biotech” şirkətinin CoronaVac vaksini inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir”.
    O söyləyib ki, Azərbaycan əhalisi uzun müddət inaktiv üsulla hazırlanan vaksinlərlə peyvəndlənib, ona görə də bu üsula “daha çox güvənilir”.
    TƏBİB rəsmisi Azərbaycanda birinci mərhələdə “əhalinin 10 faizinə peyvənd vurulacağını”, ikinci mərhələdə isə peyvəndlənmənin “respublikanın daha çox hissəsini əhatə edəcəyini” bildirib.
    Azərbaycanda koronavirusa qarşı peyvənd ilkin olaraq səhiyyə işçilərinə vurulub.
    Prezident İlham Əliyev Azərbaycanda koronavirus peyvənd-lənməsinin dövlət hesabına və kö-nüllü aparılacağını göstərib.
    Ramin Bayramlı Azərbaycanda koronavirus vaksini vurulacaq şəxslərlə bağlı “elektron sistemin olacağını”, ehtiyac halında xaricə səfər edənlərə “Covid-19 pasportu” veriləcəyini də açıqlayıb.
    Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. İndiyədək ölkədə 227 mindən çox şəxs Covid-19 virusuna yoluxub, 3 mindən çox şəxs vəfat edib.

    Müəllif: Redaktor, 09:23

İsmarıclar bağlıdır.