Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

                                                                                                    GİZİR ƏHMƏD

    Əhməd İsmayılov Füzuli rayonunda doğulsa da Tərtər şəhərində böyüyüb, burada orta təhsil alıbdır. 2 saylı tam orta məktəbin məzunu olubdur.
    Hələ yeniyetmə yaşlarında idmanın kinqboksinq növü ilə məşğul olmağa başlayıb. İdmana gündən-günə artan marağı onu 5 qat Azərbaycan çempionu, idman ustası kimi tanıdıb. On ildən çox 2004-2016-ci illərdə rayonumuzda kinqboksinq üzrə baş məşqçi işləyib. Yüzlərlə yeniyetmənin idmançı kimi yetişməsində onun zəhməti danılmazdı. Bu yeniyetmələrin hər biri fəxri kürsüyə çıxaraq məşqçilərinə şöhrət qazandırıblar. Əhməd müəllim Naxçıvanda hərbi xidməti zamanı da idmanın bu növündən ayrılmayıb. Həm Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirib, həm də yeni idmançıların yetişməsinə nail olub. Hətta ulu öndər Heydər Əliyevin Naxçıvana səfəri zamanı hərbi hissədə nümunəvi xidmət etdiyi üçün onunla görüşü olub.
    Bu gün isə Əhməd İsmayılov bir döyüşçü kimi ad qazanır. Əhməd müəllim 2016-cı ilin aprel döyüşlərindən sonra Orduya yazılmaq qərarına gəlir və xüsusi təyinatlı kəşfiyyat taborunda xidmətə başlayır.
    27 sentyabr 2020 ildə II Qarabağ müharibəsi başlayanda Əhməd İsmayılov da cəbhənin ən qaynar nöqtələrində düşmənlə mübarizəyə qoşulur. Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postun, ümumiyyətlə 20 postun və bir çox yüksəkliyin alınmasında fədakarlıqla iştirak edib. Ümumiyyətlə, Talış, Suqovuşanın (Madagiz) azad olunmasında qorxubilməz döyüşçü olaraq igidliklə vuruşub. Həmin döyüşlərdə iki dəfə yaralanıb. Birinci dəfə qumbara partlaması nəticəsində, 2-ci dəfə snayperlə üz-üzə döyüşdə yara alıb. Buna baxmayaraq, döyüşçü yoldaş-larından ayrılmadan düşmənin ərazidən tamamilə çıxarılmasına nail olub. Döyüşdə fərqlənməyə görə “Vətən Uğrunda” və “Suqovuşanın işğaldan azad olunmasına görə” medallarına layiq görülüb.
    Özü deyir:
    Keçən il mənə Ordumuzun yaranmasının 100 il-liyi münasibəti ilə medal təqdim olunanda böyük fəxr hissi keçirdim ki, güclü bir Ordunun döyüşçüləri sırasında mən də varam. İndi isə ikiqat qürur duyuram. Ali Baş Komandan, dəmir yumruq sahibi İlham Əliyevin rəhbərliyi və güclü Ordumuzun sayəsində işğal altındakı torpaqlarımızı azad etmişik. Mənfur ermənilərə qalib gələrək zəfər qazanmışıq. Ona görə qürur duyuram ki, bu zəfərin qazanılmasında Ordumuzun bütün zabit və əsgərləri ilə bərabər mənim də bir döyüşçü kimi yerim olub. 44 günlük döyüşdən sonra uğurumuzun ölkə rəhbəri Prezidentimiz tərəfindən qiymətləndirilməsi hərbçilərimizi və eləcə də məni orduya daha çox bağlayır. Hazırda gizir rütbəsi ilə hərbi xidmətimi davam etdirirəm.
    Gizir Əhməd İsmayılov döyüş yoldaşlarının fədakarlığından, Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın birliyindən, Ordumuzun möhtəşəmliyindən iftixar hissi ilə danışırdı. Artıq 30 illik ayrılığın sona çatmasını, Vətən həsrətli insanları-mızın öz yurd yerlərinə tezliklə qayıdacağı sevincini bizimlə bölüşdü. Hazırda Talış və Suqovuşan kəndlərinə yaxın günlərdə yeni həyatın qayıdacağını söylədi. Bu sevinc və qürur hisləri təkcə gizir Əhməd İsmayılovun müsahibəsində deyil, bütün vətənpərvər insanlarımızın dilində səslənir. Bu gün bu sevinc hissi ilə bərabər Vətən uğrunda canından keçərək şəhid olmuş igidlərimiz də anılıb, yad olunur.
                                                                                                                                     Elfuzə Camalqızı

    Müəllif: Redaktor, 09:55

İsmarıclar bağlıdır.