Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    Hər bir azərbaycanlı öz tarixini bilməlidir. Xüsusən də Rusiya imperiyasının “Parçala hökmranlıq et” şüarı altında həyata keçirdiyi müstəmləkə siyasətinin Azərbaycan xalqı üçün necə acı nəticələr verdiyini unutmamalıdır. Türkmənçay müqaviləsi Qarabağ faciəsinin başlanğıcıdır. Çünki Rusiya imperiyası bu müqavilədən sonra Azərbaycanın dilbər guşələri olan İrəvan, Qarabağ, Naxçıvan torpaqlarına 130 min erməni ailəsini İran ərazisindən köçürərək gətirmişdir. Şıxarx ərazisindəki “Marağa 150” yazılmış abidə bunun bariz nümunəsidir. Bundan sonra çörəyimizi yeyib, torpağımıza göz dikən namərd düşmən zaman-zaman ərazilərimizi işğal etməyə başladı. Onlar məhz türk olduğumuz üçün, bilərəkdən düşünülmüş şəkildə bir əsrdə 3 dəfə; 1905-1906, 1918, 1992-ci illərdə xalqımıza qarşı soyqırımlar törətdilər.
    Unutmamalıyıq 1813-1828-ci illərdə Azərbaycanın ərazisi 410 min kv. km olmuşdur. Rus imperiyası Türkmənçay müqaviləsindən sonra 130 min kv. km öz imperiyasının tərkibinə qatdı, qalan 280 min. kv. km isə İran Qacarilərinin hakimiyyəti altında qaldı.
    1918-ci il mayın 29-da 9 min. kv. km olan İrəvan xanlığının ərazisi Rusiyanın təzyiqi ilə ermənilərə verildi və Ermənistan Respublikası yaradıldı. Bu günün reallığında isə ermənilərin Azərbaycan xalqından qopardığı torpaqlar hesabına ərazisi 29 min kv. km olmuşdur.
    AXC qurulanda Azərbaycan dövlətinin ərazisi 114 min kv.km olmuşdur. 1920-ci il 28 Aprel istilasından sonra Sovet im-periyası torpaqlarımızı yenidən bölüşdürmüşdü. Göyçə, Zəngəzur, Dərələyəz, Dilican və qismən Şərur torpaqları Ermənistan Sovet Sosialist Respublikasının nəzarətinə keçmişdir. Bu ərazilərin birlikdə sahəsi 27,4 min.kv.km olubdur. 1920-1991-ci illərdə SSRİ hakimiyyəti altında olan Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi azalaraq 86,6 min. kv. km olmuşdur.
    1923-cü ildə Rusiya Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaratmaqla sanki Azərbaycan ərazisinə bir bomba qoymuş oldu. Bu bomba nəhayət 1988-ci ildə partladı. Ermənilər Azərbaycan dövlətinə qarşı yenidən ərazi iddialarına başladılar. Bunun nəticəsi olaraq 1991-1994-cü illərdə Ermənistan tərəfindən 20% torpaqlarımız işğal edildi. İndiyə kimi işğal edilmiş bu torpaqların qaytarılmasında Azərbaycan rəhbərlərinin imzası olmayıb. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün itirilmiş torpaqlarımız geri qaytarıldı və o, cümlədən Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilərək ərazi bütövlüyümüz təmin olundu. Bütün bunlar Azərbaycan Predentinin dayanmadan həyata keçirdiyi xarici siyasətin və məqsədyönlü diplomatiyanın uğurlu nəticələri idi. Ölkə rəhbəri İlham Əliyev Prezident olduğu 17 il ərzində Qarabağ münaqişəsinin həlli yolunda öz prinsipal mövqeyini ortaya qoymuşdur. O, Beynəlxalq arenada Azərbaycanın haqlı və ədalətli tərəf olduğunu, ərazilərimizin Ermənistan dövləti tərəfindən təcavüzə məruz qaldığını, 20% torpaqlarımızın işğal altında olduğunu, 1 milyondan çox azərbaycanlıların öz tarixi yurdlarından didərgin düşdüyünü dünya xalqlarına ardıcıl olaraq çatdırmışdır. Xalqımızın milli mənafeyini qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev təcavüzkar ermənistan ordusunun BMT qətnaməsi əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması, 1 mil-yondan çox qaçqınların öz doğma torpaqlarına qaytarılması xarici siya-sətinin əsasını təşkil etmişdir.
    Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna da xüsusi diqqət yetirir. Ən müasir silahları əldə edən prezidentimiz, Azərbaycan ordusunu Cənubi Qafqazın ən güclü ordusu etməklə xalqımızı qələbəyə daha da yaxınlaşdırdı. Bunun nəticəsi olaraq sentyabrın 27-də qəhrəmanlar yurdu olan Azərbaycanın rəşadətli ordusu “Dəmir yumruq” əməliyyatı al-tında Vətən müharibəsinə girdi və mənfur düşmən üzərində müharibəni zəfərlə başa çatdırdı. Müzəffər ordumuz düşmənin 30 il ərzində mifə çevirdiyi “məğlubedilməz ordusu”nun istehkam sədlərini darmadağın etdi. Ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Noyabrn 10-da Ermənistan dövləti ağ bayraq qaldırdı və kapitulyasiya aktına imza atdı, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Tarixi torpaqlarımızda ermənilərin dövlət yaratmaq planları həmişəlik puça çıxdı. Status məsələsi arxivə gömüldü və üstündən həmişəlik xətt çəkildi.
    Güclü ordumuzun sayəsində sentyabrın 27-dən noyabrın 9-a kimi Vətən müharibəsində 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad olundu. Bu torpaqlarda bir daha üçrəngli Azərbaycan bayrağı dalğalanmağa başladı.
                                                                                                                               Qızbəs Hüseynova,
                                                                                                                               Tarix müəllimi

    Müəllif: Redaktor, 10:32

İsmarıclar bağlıdır.