Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Fev

    Bu uca boylu, iti yerişli oğlan həmyerlimiz İsmayılzadə Elvin Şakir oğludur. O, igid qazilərimizdəndir.
    Elvin hərbi xidmətini başa vurduqdan sonra qərara alır ki, hərbi hissədə qalıb müddətdən artıq xidmət etsin. Bu fikirlə də 2020-ci ilin yanvar ayından hərbi hissəyə yazılır və həmlə bölməsində müddətdən artıq xidmətə başlayır.
    Hələ orta məktəbdə təhsil aldığı zaman ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri öyrəndikcə qəlbində sonsuz nifrət hissi baş qaldırırdı. Elə müddətdən artıq xidmət etməsinə də bu nifrət hissi səbəb olmuşdu. Azərbaycan Ordusunun hər bir zabiti və əsgəri kimi o da əmr gözləyirdi ki, ermənilərin dərsini versin. Ötən ilin sentyabrın 27-də belə bir imkan yarandı. Ordumuzla bərabər bütün xalqımız səfərbər oldu. 30 illik Vətən, torpaq ayrılığına son qoymaq üçün hamı cəbhəyə atılmağa hazır idi. Elvin də Ordumuzun tərkibində döyüşlərə başladı.Ağdərə, Suqovuşan is-tiqamətində aparılan hücumda O da vuruşurdu. Hamı kimi Elvin də bilirdi ki, güclü Ordumuzun sayəsində qələbə qazanılacaq. Hər gün torpaqlarımızın düşmən tapdağından azad olunması haqqında xəbərləri eşidən əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi yaranmışdı. Lakin müharibənin öz qanunları olduğunu, itkisiz başa gəlmədiyini hamı kimi Elvin də bilirdi. O, yeri düşdükcə şəhid, yaralı əsgərlərdən ürək yanğısı ilə söz açırdı.
    Elvin Suqovuşan istiqamətindəki döyüş zamanı çoxlu sayda qəlpə yarası aldı. Başından, boğazından, çiynindən, qollarından, ayaqlarından yaralandı. Hazırda da bədəninin müxtəlif nahiyələrində qəlpələr daşıyır.
    Elvin bizlə söhbət zamanı Eşqin Hüseynovun, Mirşəmsi Babazadənin, Elməddin Əliyevin, şəkili Sakit İsmayılovun necə döyüşmələrindən, şəhid olmasından və yaralanmasından danışaraq gözünün önündən getmədiklərini bildirdi. Bərdəli Fuad Cabbarovla bir yerdə yaralanmasını, Bakı şəhərində Papalin xəstəxanasında müalicə almasını söylədi. Bir aydan çox həmin xəstəxanada qaldıqdan sonra məzuniyyətə buraxıldı. Hazır-da sinir zədəsi, qantuziya və 20-dən çox qəlpə ilə yaşayır. Tam sağalmasını gözləyir ki, yenidən hərbi xidmətini davam etdirsin.
    Elvinin döyüş şücaəti Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunması” medalları ilə təltif olunub.
    Bu gün onun ailəsi–atası, anası, bacısı qürur hissi keçirirlər ki, Elvin qazi adı qazanıb. Bu adla hamı kimi onlar da fəxr edərək Elvinin tam sağalmasını gözləyirlər.
    Allah bütün qazilərimizə şəfa versin!
                                                                                                                            Elfuzə Camalqızı

    Müəllif: Redaktor, 10:18

İsmarıclar bağlıdır.