Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Fev

    Vətən müharibəsi xatırlanarkən yada raketlərin, topların vahimə dolu səsi, dağılmış şəhər və kəndlər, ev-eşiklər, insanların təlaş və narahatçılığı, bir də şəhid və yaralılarımız yada düşür. 2020-ci il Azərbaycan xalqı üçün möhtəşəm zəfər ili oldu.
    İkinci Qarabağ savaşının qazilərindən biri ilə həmsöhbət olaraq döyüş xatirələrindən danışdıq.
    Nəsibov Zaur Zakir oğlu həmyerlimizdir. Tərtər şəhərində doğulub burada boya-başa çatıb. Hələ hərbi xidmət dövründə silahların dilini öyrəndikcə torpaqlarımızın bu silahlarla azad olunmasını düşünürdü. İnanırdı ki, bir gün gələcək Ali Baş Komandan əmr verəcək ki, əsir torpaqlarımız düşməndən azad edilsin. Onun xidməti Naxçıvanda motoatıcı alayında keçmişdir. Nəinki, Zaurun bütün xalqımızın arzuladığı an ötən ilin sentyabrın 27-də həyata keçdi.
    Artıq mənfur düşmənin torpaqlarımızdan tamamilə çıxarılması əmri verilmişdir. Bu zamanda həmyerlimiz Zaur hərbi hissədə atıcı vəzifəsində könüllü olaraq xidmət edirdi. Sentyabırın 27-də onların bölüyü Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən düşmənin hücumunun qarşısını almaqla Talış istiqamətində irəliləməyə müvəffəq oldular və bəzi yüksəkliklər alınandan sonra oktyabrın 4-də Suqovuşan istiqamətində hücum zamanı xeyli itkilər olsa da, məqsəd aydın idi geri çəkilmək olmazdı, hədəf erməninin ayağını torpaqlarımızdan kəsmək idi.
    Oktyabr ayının 8-də hücum zamanı qəfləti eyni anda snayper və minaatan qəlpəsindən qolundan yaralanan Zaur döyüşünü davam etdirə bilmədi. Döyüş yoldaşlarını tək qoymamaq üçün boynundakı şərflə qolunun yarasını bağlayıb, mübarizəsini davam etdirmək istədi. Lakin yarası ağır olduğu üçün onu əvvəl Naftalan şəhər mərkəzi xəstəxanasına, 2 gündən sonra isə Gəncə şəhərindəki Abbas Səhhət adına xəstəxanaya göndərdilər. Oktyabırın 27-sinə kimi orada müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıtmaq istədi. Lakin qolunun yarası sağalmadığına görə bu günə kimi 2 dəfə təkrar məzuniyyətdədir. Xidmətini davam etdirmək üçün qolunun yarasının sağalmasını gözləyir.
    Bütün qəhrəman döyüşçülərimiz kimi Zaur da döyüşdə göstərdiyi xidmətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
    Cəsur döyüşçümüzə sağlamlığının tezliklə bərpa olunmasını arzulayıb, ayrıldım.
                                                                                                                       Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:27

İsmarıclar bağlıdır.