Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Fev

    YAP Tərtər rayon təşkilatı «Şəhid ailələrinə qayğı» aksiyası çərçivəsində rayon təşkilatının üzvləri Vətən müharibəsində rayonun Səhlabad kəndindən Şəhid Ağayev İntiqam Hüseyn oğlunun, Aslanlı Orxan Şahmar oğlunun və Hacıqərvənd kəndindən Mirzəli Rəşad Hafiz oğlunun ailəsini ziyarət edərək, şəhidlərimizin valideynləri, ailə üzvləri ilə səmimi söhbət apardılar, Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda igidliklə döyüşüb şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarını dərin hörmət və ehtiramla yad etdilər.

    Hər üç şəhid göstərdikləri qəhrəmanlıqlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən «Cəsur döyüşçü» medalı ilə təltif olunmuşdur.
    Şəhid valideynləri övladlarının torpaqlarımızın azadlığı uğrunda vuruşub qəhrəmanlıqlar göstərmələrini, övladlarının Şəhidlik zirvəsinə ucalmalarını Vətənə olan sevginin məntiqi nəticəsi hesab etdiklərini dilə gətirdilər. 44 günlük Vətən müharibəsinin qələbəmizlə başa çatdırılmasını təmin edən Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdilər.
    YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov şəhid valideynlərinin problemləri ilə maraqlandı və lazımi köməklik göstərdi.

    Müəllif: Redaktor, 11:06

İsmarıclar bağlıdır.