Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev

    Vətən müharibəsi xalqımızı Müzəffər Ali Baş Komandanın, Prezidentin ətrafında daha da sıx birləşdirdi, xalq dövlət birliyinin ən bariz nümunəsini göstərdi. Bugünki uğurumuz, bu şanlı qələbəmiz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində mümkün oldu. 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı haqqında mif uydurulmuş Ermənistan ordusu çökdürüldü. Qüdrətli ordumuz dünyaya sübut etdiki, Azərbaycan sülhpərvər, humanist dövlət olsa da, öz torpaqlarını kiməsə güzəştə getmək niyyətində deyil. Tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən digər torpaqlarımız kimi ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Ali Baş Komandanın 14 fevral Laçına səfəri zamanı Laçınlılara və xalqımıza səslənərək erməni mənfurlarının öz doğma torpaqlarından uzaq saldığı Laçınlıların yurd həsrəti bitdi sözlərini deməsi Qarabağa böyük qayıdışın qısa zamanda reallaşmasından xəbər verir.

    İşğaldan azad olunmuş ərazilərdə külək və günəş enerjisinin potensialının böyük olması bu ərazilərdə kənd təsərrüfatının geniş inkişafına zəmin yaradır.Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş və dağıdılmış bütün su elektrik stansiyalarının bərpa olunması həmin ərazilərin və ətraf torpaqların su ilə təminatını tam həcmdə ödəyəcəkdir.

    Prezident İlham Əliyevin təməlini qoyduğu uzunluğu 100 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş gəlişini asanlaşdıracaq. Cənab Prezident İlham Əliyevin siyasi gücü və qüdrəti nəticəsində Naxçıvan dəhlizinin yaradılması müddəasının 10 Noyabr bəyannatına salınması tarixi Azərbaycan torpaqları ilə Naxçıvan Muxtar Respublikasının quru yolunun bərpa olunmasında xüsusi rolu vardır. Bununla yanaşı ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün önəmli sənədlər imzalanmışdır. 1990-cı ilin əvvələrində o zamanki hakimiyyətin buraxdığı səhvlər bugün Cənab Prezidentin siyasi iradəsi, ordumuzun qüdrəti və xalqımızın birliyi ilə düzəldilmişdir.

     

    Müəllif: Redaktor, 10:10

İsmarıclar bağlıdır.