Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Fev

    Məlum olduğu kimi Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Vətən müharibəsində parlaq qələbələr qazanaraq, rəşadətli ordumuz tərəfindən işğal altındakı torpaqlarımız azad edilmişdir.
    Mənfur düşmən işğal dövründə şəhər və kəndlərimizi, tarixi, dini, milli-mədəniyyət abidələrimizi dağıdaraq məhv etməklə yanaşı, eyni zamanda beynəlxalq humanitar hüquq normalarının tələblərinə zidd olaraq bütün əraziləri minalamışdır.
    Azad edilmiş torpaqlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən minatəmizləmə işləri birinci dərəcəli vəzifə elan olunmaqla, hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı planlı surətdə davam edir.
    Baş Prokurorluq və digər dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, işğaldan azad olunmuş ərazilərə icazəsiz daxil olur və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalırlar.
    Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də ayrı-ayrı şəxslərin öz həyat və sağlamlıqlarını təhlükə qarşısında qoyaraq kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə faktlara hələ də tez-tez rast gəlinir. Bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə aidiyyəti dövlət qurumlarının, o cümlədən hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən zəruri qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir, qanunsuz yollarla ərazilərə keçən şəxslər aşkar edilərək, barələrində qanunvericiliyin tələbinə uyğun tədbirlər görülür.
    Hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları davam etdirilir. Odur ki, bir daha vətəndaşlarımızı ərazilərin minalardan tam təmizlənməsi işi başa çatanadək belə səfərlərdən çəkinməyə çağırırıq. Əks-təqdirdə belə səfərlər onların həyat və sağlamlıqlarını itirmələri ilə yekunlaşa bilər.

    Müəllif: Redaktor, 09:41

İsmarıclar bağlıdır.