Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev

     

     

     

     

     

     

    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqın sosial güzəranın daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görür. Ehtiyacı olan əhali qurupuna,  şəhid aillələrinə və əlillərə hərtərəfli dəstək göstərməyi dövlətimiz  mühüm vəzifə hesab edir. Ramanı kompleksində doqquzmərtəbəli 30 binanın tikintisi də bu qəbildəndir. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bu, dünyada öz vətəndaşına göstərilən analoqu olmayan bir dövlət qayğısıdır.

    Müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq, dövlət başcısının tapşırığı ilə  şəhid ailələri və müharibə əlilləri üçün  belə bir gözəl yaşayış kompleksi tikilib.

    Prezident İlham Əliyev buradakı çıxışında qeyd edib ki, ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcəkdir. Qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcəkdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək.

    Prezident sonra göstərib ki, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.

    Dövlətimizin rəhbəri İkinci Qarabağ müharibəsindən bəhs edərək deyib ki, bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir.

    Sonra ölkə başcısı müharibə dövründə  Azərbaycan gənclərinin fədakarlığından danışaraq söylədi ki, vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi.

    Prezident öz çıxışına davam edərək göstərdi ki, rəsmi İrəvanın yürütdüyü siyasət münaqişənin sülh yolu ilə həll olunmasını mümkünsüz etdi. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, bu müharibənin sülh yolu ilə həlli mümkün deyil. Halbuki bu məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksək vəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz görürdük ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ həll olunardı. Deməli, buna maraq yoxdur, yaxud da ki, belə nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi.

    Demokratiyadan dəm vuran bəzi qeyri-hökumət təşkilatları və bəzi hökumətlər ədalətsizliyə göz yumurlar. Necə olur Ermənistanda müxalifət hər gün əzilir, dağıdılır, həbs edilir, öldürülür, amma buna heç kim reaksiya vermir. 30 illik tarix bir daha əks etdirir ki, biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər. Ermənistan, sadəcə olaraq, bir alət idi, bir vasitə idi.

    Biz bilirdik ki, təxribatçı qüvvələr Ermənistanı davamlı olaraq silahlandırıb. Ermənistana silahlar 30 il ərzində pulsuz verilmişdir. Onları məqsədyönlü şəkildə bizə qarşı silahlandırırdılar. İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən başlayaraq müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə ilə pulsuz silah gətirilirdi.

    Sonra dövlət rəhbəri diqqət mərkəzinə çəkdi ki, Birinci Qarabağ müharibəsi zamanı ölkənin rəhbərliyində duran qüvvələrin səriştəsizliyi və istəksizliyi qələbənin əldə olunmasını mümkünsüz edib. Həmin illərdə  Azərbaycanın başında olan insanlar lazımi tədbirlər görə bilməmişdilər. Xüsusilə AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi və faktiki olaraq müharibənin sonrakı gedişatını şərtləndirdi. Çünki Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdı və ondan sonra digər torpaqların işğalı üçün ermənilərin çox böyük üstünlüyü yaranmışdı.

    Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışının sonunda aşağədakılara önəm verdi:

    Azərbaycan məsuliyyətli ölkədir. Azərbaycan ordusu erməniləri öz torpağımızdan qovub, düz sərhədə gəlib, sərhədin o tərəfinə keçmədi. Bizi buna təhrik etmək istəyirdilər. Əgər ordumuz Ermənistan ərazisinə keçsəydi vəziyyət başqa cür ola bilərdi. Bizi, əslində, buna təhrik edirdilər, təxribata təhrik edirdilər. Ermənistandan atılan raketlər Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli kimi rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Onların atdığı raketlərin biri Xızıya gəlib çatmışdır. Ona görə, bu təxribat planları var idi və düzgün an, düzgün məqam seçildi və düzgün addımlar atıldı;

    Ermənistandakı böhran getdikcə dərinləşir, iqtisadiyyat tənəzzülə uğrayıb, bir-birilərini ittiham edirlər, bir-birilərini didirlər. Onlar bir-birilərini günahlandırırlar və Ermənistanda kütləvi həbslər baş verir.

    Azərbaycanda isə daim sabitlik höküm sürür, iqtisadiyyat sürətlə tərəqqi edir, insanların yaşayış tərzi günü-gündən yaxşılaşır. Çünki, Azərbaycan hərtəfli güclü bir ölkədir və onun lideri həmişə öz xalqının yanındadır.

     

     

    Müəllif: Redaktor, 11:08

İsmarıclar bağlıdır.