Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03Mar

    Azərbaycan prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında həm də birgəyaşayış zərurətindən də ətraflı bəhs etmişdir. O, göstərmişdir ki, bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır.

    Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır.

    Dövlət başçısı həm də diqqəti ona cəlb etdi ki, davamlı sülh regionun inkişafını təmin edən əsas amildir. Düşmənçilik səhifəsi çevrilməlidir. 10 noyabr tarixində imzalanmış bəyanat bunun üçün zəmin yaradır. İmzalanmış Bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaq.

    Birgəyaşayışın əsas üsulu əməkdaşlıqdır. Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər.

    Birgəyaşayış prinsipi dayanaqlı inkişaf üçün əsas yaradır. Prioritet vəzifələrdən biri uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsidir.

    Bu gün atılan addımlar gələcəyə xidmət etməlidir. Bu gün inteqrasiya barədə danışanda biz indi rusiyalı sülhməramlıların yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq. Bundan sonra da müxtəlif inteqrasiya variantları təklif oluna bilər. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir.

    Prezidentin açıqlamalarından aydın oldu ki, Azərbaycan və erməni əhalisinin taleyinə uzun illər birgəyaşayış zərurəti qismət olmuşdur və həmişə də Azərbaycan xalqı birgəyaşayış normalarına sədaqətlə əməl etmişdir. Bundan sonra da birgəyaşayış şərtlərinə sadiq qalmaq Azərbaycan xalqının əsas məqsədi olacaqdır.

    Müəllif: Redaktor, 16:49

İsmarıclar bağlıdır.