Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Mar

    Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında Azərbaycanın Müzəffər Ordusunun onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəldiyindən də geniş danışdı. Qeyd etdi ki, Müzəffər Ordu hədəfinə çatdı. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində əldə edə bildik.

    Azərbaycan Ordusunun döyüşlər zamanı göstərdiyi dözüm və peşəkarlığa da toxunan dövlət vaşçısı qeyd etdi ki, silahdan istifadə etmə məharəti və inanılmaz fiziki qüvvə böyük hazırlıq tələb edir. Sal qayalara aşağıdan dırmaşmaq, müdafiə xətlərini yarmaq peşəkarlıq olmadan qeyri-mümkündür. Vurğuladı ki, müharibə dövründə biz yeni təcrübə topladıq. Çünki bizim ordumuz müharibələrdə iştirak etmirdi. İndi müharibə çox böyük bir təcrübədir. Biz bu təcrübədən düzgün nəticə çıxarmalıyıq. Böyük uğurlarımız olub. Eyni zamanda, müharibə dövründə müəyyən çatışmazlıqlar da olub, amma onlar həll edilib.

    Vahid komandanlıq, planlaşdırma olmadan qələbənin əldə olunması mümkünsüz olardı. Bütün elementlərin düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – qələbəyə gətirib çıxarıb. Zaman keçdikcə məxfilik qrifi götürüləcək və informasiya daha çox olacaq. Amma bizə məlum olan faktlar da Ordumuzun peşəkarlığı və şücaəti ilə qürur duymağa əsas verir.

    44 gün ərzində ərazilərin azad olunmasında xüsusi təyinatlıların böyük xidməti olub. Döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri də iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində çox böyük rol oynayıb.

    Pilotsuz uçuş aparatlarının rolunu yüksək qiymətləndirən cənab Prezident bildirib ki, bu aparatlar təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi. Hətta bəzən göstərilən kadrlarda da görünür ki, hədəf götürülüb, mərmi isə hədəfi vurur. Buna görə də bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələnib.

    Strateji planlaşdırmanın qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biri olduğunu vurğulayan ölkə rəhbəri qeyd edib ki, planlaşdırma düzgün olmasaydı qələbənin əldə olunması çox çətin olardı. Ona görə ki, orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir. Dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır.

    Müəllif: Redaktor, 09:59

İsmarıclar bağlıdır.