Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Noy

    Sabir mAğdam rayonunda idmanın güləş növü üzrə 2000-2005-ci il təvəllüdlü gənc idmançılar arasında keçirilən turnirdə Ağdam, Tərtər, Beyləqan, Bərdə, Yevlax rayonlarından 90 güləşçi iştirak etmişdir. Adıçəkilən turnirdə Tərtər uşaq idman məktəbinin güləşçiləri 12 nəfər heyətlə təmsil olunublar.
    Yarışda idman ustası Sabir Zeynalovun yetirmələrindən 6 nəfəri birinci yeri, qalanları isə ikinci yeri qazanmış, diplomlar almışdır.
    Birinci yerin sahibləri Emil, Ra-mal Tahirzadə qardaşları, Murad Aslanov, Mətin Bağırlı, Sədrəddin Rəhimov və Nahid Azəroğludur.
    Güləşçilərin məşqçi müəllimi Sabir Zeynalov bildirdi ki, gənc idmançılarımız bu yaxınlarda Samux rayonunda keçiriləcək yarışlarda da qələbələr qazanmaq üçün gündəlik məşqlərini davam etdirirlər.
    Sizə uğurlar diləyirik, gənc pəhləvanlarımız.

    Mirzə NƏSİR

    Müəllif: Redaktor, 11:25

    Teqlər:

İsmarıclar bağlıdır.